ƏLİYEVŞÜNASLIĞA DƏYƏRLİ TÖHFƏ
rəhbərlikdən ümummilli liderliyə. Bakı.
“Təhsil” nəşriyyatı, 2005. 504 s. (rus dilində)
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası təhsil nazirinin müavini, Bakı Dövlət Universitetinin professoru, tarix elmləri doktoru İradə Hüseynovanın “Heydər Əliyev – siyasi rəhbərlikdən ümummilli liderliyə” adlı fundamental monoqrafiyası “Təhsil” nəşriyyatı tərəfindən bu günlərdə rus dilində nəfis tərtibatda və yüksək poliqrafik standartlara uyğun şəkildə nəşr olunmuşdur.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin unudulmaz xatirəsinə ithaf olunan bu çox qiymətli tədqiqat əsəri müəllifin həmin istiqamətdə apardığı uzunmüddətli, genişplanlı elmi araşdırmalarının davamı və nəticəsi olaraq elmi ictimaiyyətə təqdim edilmişdir.
Əliyevşünaslığa dəyərli töhfə olan bu sanballı monoqrafiya müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyətinin bütün mərhələləri və əsas istiqamətlərinin zəngin arxiv materialları əsasında elmi cəhətdən işıqlandırılmasına həsr edilib.
Professor İradə Hüseynovanın bu əsəri Əliyevşünaslıqda yeganə fundamental araşdırmadır ki, orada görkəmli dövlət adamı, fenomenal siyasətçi Heydər Əliyevin Azərbaycanda siyasi rəhbərlikdən ümummilli liderliyə yüksəlişinin bütün məqamları, bu böyük insanın şərəfli ömür yolunun əsas dönəmləri yüksək alim səriştəsi, vətənpərvər ziyalı qeyrəti ilə ensiklopedik planda, sistem halında təhlil və təqdim olunmuşdur.
“Giriş”, 9 fəsil, “Nəticə”, “İstifadə olunmuş ədəbiyyat” və ilk dəfə elmi dövriyyəyə daxil edilən “Arxiv sənədləri”ndən ibarət olan bu fundamental monoqrafiyaya tarix elmləri doktoru, professor Əli Həsənov çox sanballı ön söz yazmışdır.
Müəllifin “Heydər Əliyev - siyasi rəhbərlikdən ümummilli liderliyə” adlı monoqrafiyası təkcə ölkəmizin daxilində deyil, MDB məkanında, həmçinin digər xarici ölkələrdə fəaliyyət göstərən politoloqlar, diplomatlar, tarixçilər üçün böyük siyasi və dövlət xadimi Heydər Əliyev haqqında son dərəcə qiymətli, mötəbər tarixi mənbədir, Əliyevşünaslıq elminin inkişafı yolunda yeni uğurlu addım olan stolüstü ensiklopedik kitabdır.