ELMƏ HƏSR EDİLMIŞ ÖMRÜN SALNAMƏSİ
AZƏRTAC xəbər verir ki, iyulun 10-da Beynəlxalq Mətbuat Mərkəzində “Elmə Həsr edilmiş ömür. Akademik Əliyev Tofiq Məmməd oğlu” kitabı təqdim edilmişdir.
Akademik Maqsud Əliyev, Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, xalq yazıçısı Çingiz Abdullayev və başqaları çıxış edərək bildirmişlər ki, T.Əliyev müasir elmin və texnikanın ən qabaqcıl sahələrində özünəməxsus yer tutmuşdur.
Natiqlər vurğulamışlar ki, onun neft sənayesi üçün informasiya-ölçmə sistemlərinin yaradılması sahəsində tədqiqatları xüsusilə aktual və əhəmiyyətli olmuşdur.T.Əliyev müasir texnikanın inkişafında çox mühüm rol oynayan 200-dən çox ixtiranın müəllifidir. Elmin mühüm sahələrində alınmış nəticələrə görə Azərbaycanın və iki dəfə SSRİ-nin dövlət mükafatlarına, quyuların nüvə-maqnit karotajı üçün geofiziki cihazların yaradılmasından ötrü isə akademik Qubkin adına mükafata layiq görülmüşdür.
Kitaba Azərbaycan elminin inkişafında böyük xidmətləri olan alim haqqında xatirələr daxil edilmişdir. Burada respublikanın tanınmış elm, mədəniyyət və incəsənət xadimləri T.Əliyevin elmi fəaliyyətindən, insani keyfiyyətlərindən söz açmışlar.
“Ülvi-Həyat” nəşriyyatında nəfis tərtibatla çap edilmiş kitabın elmi redaktoru AMEA-nın müxbir üzvü Rafiq Əliyevdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [16:27]
Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub
- 13.06.2026 [11:55]
Ankarada “Səda” musiqi kurslarının hesabat konserti təşkil edilib
- 12.06.2026 [23:20]
Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib
- 12.06.2026 [22:14]
Bakıda “Nine Senses Fest 2026” Beynəlxalq Festivalına start verilib VİDEO
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünyanın ən təhlükəli 7 vulkanı
- [05:44]
Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib
- 12.06.2026 [23:55]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [23:40]
BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir
- 12.06.2026 [23:32]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [23:25]
Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib
- 12.06.2026 [23:20]
Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib
- 12.06.2026 [22:50]
Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub
- 12.06.2026 [22:29]
Lənkəran və Astarada güləş zallarına baxış keçirilib
- 12.06.2026 [22:20]