Əlyazmalar İnstitutunda müxtəlif sahələrə aid 40 mindən çox sənəd saxlanılır
Bakı, 15 may (AZƏRTAC). Tarixin öyrənilməsində qədim yazılı sənədlərin rolu əvəzsizdir. Bu sənədlərin arasında orta əsr əlyazmaları əsas yer tutur.
Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) AZƏRTAC-a bildirmişlər ki, dünyanın zəngin əlyazma xəzinələrindən biri olan AMEA-nın Əlyazmalar İnstitutunda müxtəlif sahələrə aid 40 mindən çox sənəd, o cümlədən 11 mindən artıq qədim əlyazma əsərləri saxlanılır. Onların arasında Nizami, Füzuli kimi dahi şair və yazıçıların əsərləri ilə yanaşı, orta əsr müsəlman Şərqinin alim və filosoflarının əlyazma kitabları da vardır.
IX-XIX əsrləri əhatə edən bu əsərlər əsasən ərəb, fars, Azərbaycan, Osmanlı və Cığatay türkcəsində yazılmışdır. Onlar tibb, astrologiya və astronomiya, riyaziyyat, cəbr, tarix, dilçilik, ilahiyyat, hüquq kimi sahələri əhatə edir və Azərbaycan xalqının elm və mədəniyyət tarixini öyrənmək baxımından olduqca əhəmiyyətlidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]