Emal sənayesində 11,7 milyard manatlıq məhsul istehsal olunub
Bakı, 14 sentyabr, AZƏRTAC
Emal sənayesində 2023-cü ilin yanvar-avqust aylarında 11 milyard 785,3 milyon manatlıq məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə içki istehsalında 26,7 faiz, qida məhsullarının istehsalında 11,2 faiz, tütün məmulatlarının istehsalında isə 6,0 faiz artım müşahidə olunub. Bu sahələrin əsas məhsullarından üzüm şərabının istehsalı 52,2 faiz, unlu qənnadı məmulatlarının istehsalı 24,3 faiz, şəkərli qənnadı məmulatlarının istehsalı 21,5 faiz, siqaret istehsalı 14,5 faiz, meyvə-tərəvəz konservlərinin istehsalı isə 2,7 faiz artıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [17:38]
Siyəzən-Dağ Quşçu-Ərziküş yolunda bərpa işlərinə başlanılıb
- 05.06.2026 [17:15]