“Əmək və Məşğulluq” altsistemində “İşədüzəlmədə vasitəçilik” modulu istifadəyə verilib
Bakı, 13 yanvar, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən işədüzəlmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərə dair vahid informasiya bazasının yaradılması məqsədilə “Əmək və Məşğulluq” altsistemində (ƏMAS) “İşədüzəlmədə vasitəçilik” modulu istifadəyə verilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bununla da əmək bazarında şəffaflığın artırılması, işaxtaran və işsiz şəxslərin məşğulluq imkanlarının genişləndirilməsi məqsədilə həmin hüquqi şəxslərin reyestrinin aparılması və işədüzəlmədə vasitəçilik fəaliyyəti üzrə hesabatlılıq prosesi elektronlaşdırılıb.
İşədüzəlmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər yeni modul vasitəsilə öz fəaliyyətləri, habelə onlara iş üçün müraciət edən şəxslərin və işlə təmin etdikləri şəxslərin sayına dair məlumatları nazirliyə elektron formada təqdim edəcəklər. Bu, həmin məlumatların operativ və sistemli təqdim edilməsinə, məşğulluq sahəsində şəffaflığın təminatına, kağız daşıyıcılar və əlavə yazışmalar olmadan elektron mühitdə hesabatlılığın həyata keçirilməsinə xidmət edir.
Hüquqi şəxslər Dövlət Məşğulluq Agentliyinin rəsmi veb-səhifəsindəki reyestrlər bölməsi vasitəsilə də keçid edərək ƏMAS-ın həmin xidmətindən istifadə edə bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [17:01]
Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar
- 03.10.2026 [15:49]
DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb
- 03.10.2026 [15:02]
Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı
- 03.10.2026 [14:07]
Bakının bəzi yollarında sürət həddi endirilib
- 03.10.2026 [12:04]
FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
- 03.10.2026 [12:01]
Bu saata olan əsas xəbərlər
- 03.10.2026 [11:43]
Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava
Bu saata olan əsas xəbərlər
- [12:01]
Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib
- 02.10.2026 [23:53]
Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb
- 02.10.2026 [23:20]