Emil Qədirov Larisa Rubalskayanın yaradıcılıq gecəsində iştirak edəcək
Bakı, 2 oktyabr, AZƏRTAC
Oktyabrın 14-də Moskvada Xilaskar İsa Məbədinin kilsə zalında Rusiya şairi Larisa Rubalskayanın yaradıcılıq gecəsi keçiriləcək. “Məhəbbət haqqında şeirlər və nəğmələr” adlı yaradıcılıq gecəsində estrada artistlərinin iştirakı ilə musiqi nömrələri təqdim olunacaq.
AZƏRTAC xəbər verir ki, həmvətənimiz Emil Qədirov tədbirdə iştirak edəcək.
E.Qədirov Kreml Sarayında, İttifaqlar evinin sütunlu salonunda, Moskva musiqi evi, Mərkəzi alimlər evi, Xilaskar İsa Məbədində solo konsert proqramları ilə çıxış edib. Rusiyanın “Qolos” layihəsinin iştirakçısı olan E.Qədirov hazırda “Qradskiy Holl” teatrının solistidir. Onun repertuarına dünya klassik operasından ariyalar, müxtəlif ölkələrin bəstəkarlarının romansları və estrada mahnıları daxildir.