Əmtəə bazarının səmərəliliyi üzrə İşçi Qrupunun növbəti iclası olub
Bakı, 16 fevral, AZƏRTAC
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Əmtəə bazarının səmərəliliyi və rəqabət İşçi Qrupunun onlayn formatda növbəti iclası keçirilib.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, iclasda Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Bazar rəqabəti” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşdirilmələrin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə Yol Xəritəsinin icrası ilə bağlı təqdimat keçirilib, həmçinin İşçi Qrupunun 2022-ci il üçün Fəaliyyət Planı üzrə görülən işlər barədə məlumat verilib. İşçi Qrupunun iclasında cari il üçün icrası nəzərdə tutulan məsələlər, qarşıda duran vəzifələr və son dövrlərdə həyata keçirilən islahatlar, xüsusilə rəqabət və dövlət satınalmaları sahəsində qanunvericilikdə edilən dəyişikliklər layihəsinə dair fikir mübadiləsi aparılıb.
Özəl sektorun nümayəndələri ilə qarşılıqlı müzakirələr formatında keçən iclasda İqtisadiyyat Nazirliyinin, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin, Dövlət Vergi Xidmətinin, Dövlət Statistika Komitəsinin, Mərkəzi Bankın, Dövlət Neft Şirkətinin, "Keyfiyyət Assosiasiyası" İctimai Birliyinin və digər təşkilatların nümayəndələri iştirak ediblər.
Sonda Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin vaxtında və səmərəli icrasının təmin olunması məqsədilə görüşlərin daha intensiv təşkili barədə qərar qəbul edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [09:02]
Dünya birjalarında qızıl və gümüş ucuzlaşıb
- 07.06.2026 [08:56]
Dünya birjalarında neft ucuzlaşıb
- 06.06.2026 [09:55]
Azərbaycan nefti 99 dollara satılır
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]