“Ənənəvi Çin mədəniyyətində bambuk simvolizmi” - seminar
Bakı, 29 dekabr, AZƏRTAC
Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutunda “Ənənəvi Çin mədəniyyətində bambuk simvolizmi” adlı tələbə seminarı keçirilib.
ADU-dan AZƏRTAC-a bildirilib ki, seminarda çıxış edən Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Çin mifologiyası və folklorunda davamlılıq, çeviklik, müdriklik və gözəllik rəmzi olan bambukun qədim istifadə tarixinə malik olduğunu deyib. R.Abbasov çıxışında bambuk monoxrom rəngkarlığının xüsusiyyətlərindən, bu janrın banisi, məşhur filosof və xəttat Ven Tonqun əsərlərindən, həmçinin gavalı çiçəkləri, səhləb və xrizantemalarla yanaşı, "zadəgan insan" obrazını əks etdirən bambuk simvolizmindən bəhs edib. O, Çin mədəniyyətində dostluq, sülh və harmoniya rəmzi olan, ölkənin simvolu hesab edilən pandaların qorunmasında bambukun böyük əhəmiyyət daşıdığını bildirib.
ADU-nun çinşünas tələbələri Çin dekorativ-tətbiqi sənətinin elementi kimi bambukun toxuculuqda, qədim kitabların yazılmasında, körpülər və dam örtüklərinin qurulmasında, mebel və geyimlərin hazırlanmasında material kimi istifadə olunması barədə danışıblar. Qeyd olunub ki, bambuk tumurcuqları Çin yeməklərinin və ənənəvi təbabətin mühüm tərkib hissəsidir, onlardan məşhur bambuk fleytalar və Çin atəşfəşanlığı üçün ilk fişənglərin hazırlanmasında da istifadə edilib.
Tədbirin sonunda bambukla bağlı Çin deyimlərinə dair bilik viktorinası keçirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [21:23]
Qaraçöplü soydaşımızın uğuru
- 03.10.2026 [16:41]
UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub
- 02.10.2026 [20:35]
Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub
- 02.10.2026 [19:05]
AzTU-nun rektoru “ADEX 2026” sərgisində universitetin stendini ziyarət edib
- 02.10.2026 [19:02]
Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu gün Cəbrayıl Şəhəri Günüdür
- [09:00]
İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil
- 03.10.2026 [23:56]
İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir
- 03.10.2026 [23:11]
Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib
- 03.10.2026 [22:03]
Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb
- 03.10.2026 [21:57]
“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur
- 03.10.2026 [21:23]
Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”
- 03.10.2026 [20:44]
Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir
- 03.10.2026 [20:32]
Bu saata olan əsas xəbərlər
- 03.10.2026 [20:00]
Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb
- 03.10.2026 [19:36]
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar
- 03.10.2026 [19:17]
Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib
- 03.10.2026 [19:09]
Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH
- 03.10.2026 [19:05]
Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır
- 03.10.2026 [18:49]
Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir
- 03.10.2026 [18:44]
Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib
- 03.10.2026 [18:31]
Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb
- 03.10.2026 [18:17]
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb
- 03.10.2026 [18:09]
Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir
- 03.10.2026 [17:53]