Enerji Məsələlərini Tənzimləmə Agentliyi oktyabrda Texniki Şuralara müraciətlərin sayını açıqlayıb
Bakı, 10 noyabr, AZƏRTAC
Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) tərəfindən oktyabrda sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması ilə bağlı daxil olan 428 müraciət qəbul edilib.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, bütün müraciətlər araşdırılıb və cavablandırılıb.
Müraciətlərə Bakıda və regionlarda yerləşən 15 “ASAN xidmət”, 3 “ASAN Kommunal” mərkəzlərində və 3 KOB evində (Kiçik və orta biznes evləri) fəaliyyət göstərən Texniki Şuralarda baxılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [16:19]
Sumqayıt istehsal edir, Qarabağ yenidən qurulur
- 23.09.2026 [13:11]