Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ermənistan ordusunun “intellektuallığı” və Paşinyanın yeddi şərtinə Türkiyənin cavabı haqqında

Ermənistan ordusunun “intellektuallığı” və Paşinyanın yeddi şərtinə Türkiyənin cavabı haqqında

Berlin, 30 iyul, AZƏRTAC

Ermənistan hökumətinin bu yaxınlarda keçirilmiş iclasında baş nazir Nikol Paşinyan iyul ayında Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində gərginliyin artmasına yekun vurub. Etiraf etmək lazımdır ki, o artıq neçənci dəfə özünün absurd nəticələri ilə hamını heyrətləndirib.

AZƏRTAC xəbər verir ki, baş nazir çıxışına bu sözlərlə başlayıb: “Ermənistan azərbaycanlıların hərbi üstünlüyü barədə yayılmış mifi alt-üst edib”.

Ermənilərin “məntiq”ini açıqlamaq həmişə çətin olub. Paşinyanın səsləndirdiyi tezis də erməni “məntiqi” kateqoriyasına tam uyğundur.

Bəs Ermənistan konkret olaraq hansı mifi alt-üst edib? İyulun 12-də Ermənistanın xüsusi təyinatlı dəstələri Lələtəpə-2016 əməliyyatına görə qisas almaq üçün şiddətli artilleriya atəşindən sonra Qaraqaya yüksəkliyini və Azərbaycan sərhədçilərinin orada yerləşən postunu tutmağa cəhd göstəriblər. Onlar bu qəfil hücuma haqq qazandırmaq üçün belə bir rəvayət uydurublar ki, guya Azərbaycana məxsus UAZ avtomobili Ermənistan sərhədinə hücum edib. Halbuki, həmin UAZ eyni yolla bəlkə 1000 dəfə gedib-gəlib.

Ermənilərin bu əməliyyatı lap əvvəldən onlar üçün uğursuz olub. Azərbaycan sərhədçiləri düşmən tərəfindən onların üzərinə dolu kimi yağdırılan artilleriya mərmilərinə baxmayaraq erməni xüsusi təyinatlılarının bizim posta yaxınlaşmasına imkan verməyib, hərbçilərimiz tərəfindən kömək gələnə qədər davam gətiriblər. Bundan sonra şiddətli atəşə məruz qalmış erməni “komandos”ları arzu etdikləri posta çatmadan geri çəkilməyə başlayıblar. Bu geri çəkilmə onlar üçün təsvirəgəlməz fəlakətə çevrilib, çünki bu dəfə Azərbaycan artilleriyası onlara demək olar ki, birbaşa tuşlanmışdı.

Yeri gəlmişkən, həmin günlərdə bu, ermənilərin yeganə manevri oldu, qalan müddətdə pilotsuz uçuş aparatları və artilleriya işə salınmışdı. Azərbaycan Müdafiə Nazirliyinin videokadrları Paşinyanın “mif” adlandırdığı hadisələrin həqiqət olduğunu təsdiq edir. Azərbaycan hərbçiləri birbaşa hədəfə vururdular!

Vəssalam! Bundan sonra tərəflərdən heç birinin xeyrinə mövqe dəyişikliyi olmadı. Təmas xəttini dəyişmək məqsədini qarşıya qoyan Azərbaycan hərbçiləri deyil, məhz erməni hərbçiləri idi. Onlar faktiki olaraq heç bir məqsədə nail olmadılar, havadan məhv edilmiş texnika və postları öz yerində, xeyli canlı qüvvə də itirdilər. Azərbaycan isə öz qarşısına ermənilərin planlarının həyata keçməsinə imkan verməmək məqsədi qoymuşdu və real döyüş şəraitində ermənilərin real hədəflərinə hücum təlimi keçirməklə asanlıqla öz məqsədinə çatdı. Doğrudur, canlı qüvvə itkisi də olub, lakin müharibədə belə də olmalıdır. Xüsusən ona görə ki, hər iki tərəfdən itki oldu.

İndi isə soruşuruq: Ermənistan öz məqsədlərinə nail olmadığı, Azərbaycan isə öz məqsədlərinə çatdığı halda Ermənistan konkret olaraq hansı mifi puç edib? Paşinyan hökumət üzvlərini aldadır ki, guya Ermənistan silahlı qüvvələri düşmənin hücumlarını dəf etməklə bərabər ona ciddi ziyan vurub.

Hansı hücumdan söhbət gedir? Azərbaycan hərbçiləri düşməni dəf edib, pilotsuz uçuş aparatları Ermənistanın hava məkanına qalxaraq hədəflərə zərbələr vurublar. Dərc edilmiş video kadrlardan sonra bu faktı inkar etmək mümkün deyil! Paşinyan özü də duymadan ehtiyatsız şəkildə ağzından qaçırıb: “Son iki həftə ərzində hadisələrin mərkəzində olan mövqelər Ermənistan ərazisindədir. Ermənistanın təcavüzü barədə Azərbaycanın ittihamları sadəcə əsassızdır”.

Gəlin bu barədə bir qədər ətraflı söhbət açaq. Əgər bu belədirsə, Paşinyanın özünün etiraf etdiyi kimi döyüşlər Ermənistan ərazisində gedib və orada başa çatıbsa, Arsrun Ovanesyanın etiraf etdiyinə görə yekunda heç bir mövqe dəyişikliyi baş verməyibsə, onda Ermənistanın hansı “mini qələbəsi” barədə danışmaq olar? Belə çıxır ki, Ermənistan silahlı qüvvələri öz ərazisinin bir hissəsini azad etməyə və sərhədi nizamlamağa çalışıblar, lakin bunu edə bilməyiblər. Bəs hanı sizin uğurunuz və Azərbaycanın konkret uğursuzluğu nədən ibarətdir?

Paşinyan sonda deyib: “Ermənistan ön xəttə öz mövqelərini artıqlaması ilə möhkəmlədib”. Yenə sual olunur: əgər təmas xətti dəyişməyibsə, döyüşən tərəflərin hər ikisi öz əvvəlki postlarında qalıbsa (Azərbaycan düşmən tərəfin hər hansı postunu ələ keçirməyi öz qarşısına məqsəd qoymamışdı, hərçənd hadisələrin gedişində bu postları bombalayıb - nə gizlədək!), erməni mövqelərinin möhkəmlənməsi konkret olaraq nədə ifadə olunur?!

Paşinyan deyib: “İndi inamla demək olar ki, Ermənistan silahlı qüvvələri, Ermənistan ordusu yüksək döyüş hazırlığı səviyyəsini nümayiş etdirməklə yanaşı, regionda ən yüksək döyüş qabiliyyətli və intellektual ordu statusunu təsdiq etdi”.

Əgər Qaraqaya yüksəkliyini tutmaq üçün keçirilən əməliyyat uğursuz olubsa, erməni ordusunun döyüş hazırlığının yüksək səviyyəsi nədən ibarətdir, əgər bu əməliyyat taktiki baxımdan çox keyfiyyətsiz planlaşdırılıb və daha pis şəkildə həyata keçirilibsə, erməni ordusunun intellektuallığı nədən ibarətdir? Paşinyan boş-boş danışmağını münaqişənin həllinin yeddi şərtini şərh etmək formasında davam etdirib.

Əlbəttə, onu yeddiqat söyərək danışdıqlarına heç bir əhəmiyyət verməmək olar, lakin burada bir məqam diqqəti cəlb edir. Vovayeviç danışıqlar masası arxasına “arsaxlı” marionetləri əyləşdirməyi, Türkiyəni nizamlama prosesinə yaxın buraxmamağı tələb edir və üstəlik, ATƏT-in Minsk qrupu ilə qarşılıqlı fəaliyyətin davam etdirilməsinin tərəfdarı olduğunu bildirir. Lakin o unudur ki, ümumiyyətlə desək Türkiyə həmin Minsk qrupunun üzvüdür, qondarma “arsax” isə həmin qrupa daxil deyil.

Paşinyanın “resepti” belədir: Türkiyə prosesdən istisna edilsin, oraya “arsax” daxil edilsin.

Təsadüfi deyil ki, Minsk qrupunun həmsədrləri Ermənistanın baş nazirinin bu çıxışına dərhal reaksiya verərək bildirdilər ki, danışıqlar prosesinin formatında dəyişiklik olmayacaq.

Yeri gəlmişkən, Türkiyə özü də buna münasibət bildirib. Bu gün Naxçıvanın mərkəzi prospektində Türkiyə hərbi qulluqçularının son 100 ildə ilk dəfə keçirilən paradı Paşinyanın yeddi bənddən ibarət şərtlərinin hamısına Türkiyə və Azərbaycanın birgə cavabıdır. Ümidvarıq ki, həmin paradın əks-sədası Vovayeviçin iqamətgahına çatmış olar!

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Xətai rayonunun bəzi hissələrində qaz təchizatında fasilə yaranacaq

Bu gün Beynəlxalq Müəllimlər Günüdür

Azərbaycan Dövlət Pantomim Teatrı V Şəki Beynəlxalq Teatr Festivalının səhnəsində

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Cənubi Koreyada balıqçı gəmisi çevrilib, itkin düşənlər var

Bu gündən “Nobel həftəsi” başlayır

Ərəbistan koalisiyası husilərə qarşı mübarizədə Yəmən ordusuna dəstək verəcək

Yasamal rayonunun bəzi ərazilərində işıq olmayacaq

Fransada etirazlar zamanı 24 təhsil müəssisəsinə ciddi ziyan vurulub

Husilər: Səudiyyə Ərəbistanı Yəmənə bir gündə 106 hava zərbəsi endirib

“Politico”: Zelenski və Merts Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı razılığa gələ bilməyiblər

Konqo Demokratik Respublikasında iki gəmi toqquşub: ölənlər var

ABŞ Böyük Britaniyadakı bazadan bombardmançı təyyarələrini geri çəkib

Braziliyada prezident seçkilərində səsvermə başa çatıb

Portuqaliya UEFA Millətlər Liqasının 1/4 finalına vəsiqə qazanıb

Stokholmda “Impact Pioneers 26 EUROPE” proqramının İsveç həftəsi başa çatıb

Avropa İttifaqında sığınacaq müraciətlərinin sayı kəskin azalıb

Ukrayna Müdafiə Nazirliyi: Rusiyanın neft emalı gücünün yarıdan çoxu sıradan çıxarılıb

ABŞ-də əyləncə zamanı atışma olub: 2 nəfər ölüb, 35 nəfər yaralanıb

Media: “Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb

GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir

Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Cəbrayıl Şəhəri Günü mədəni tədbirlərlə yadda qalıb

Biləsuvarda avtomobil aşıb, xəsarət alan var

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçüb

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Selçuk Bayraktar: Azərbaycanda da “TEXNOFEST” nəslinin yüksəlişinin şahidi oluruq

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Millətlər Liqası: Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyinə həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib