ERMƏNİSTAN SİLAHLI QÜVVƏLƏRİNİN BÖLMƏLƏRİ CƏBHƏNİN BİR NEÇƏ İSTİQAMƏTİNDƏ ATƏŞKƏSİ POZMUŞLAR
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri iyunun 23-də saat 11.05-dən 11.30-dək Ermənistanın Berd rayonunun Çinari kəndi ərazisindəki mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Koxanəbi kəndi ərazisində yerləşən mövqelərini, saat 22.30-dan 22.45-dək Goranboy rayonunun Tapqaraqoyunlu və Füzuli rayonunun Qərvənd kəndləri yaxınlığında yerləşən mövqelərindən, saat 17.15-dən 17.20-dək ara-sıra Xocavənd rayonunun Kuropatkino kəndində yerləşən mövqelərindən, saat 13.45-dən 13.55-dək və iyunun 24-də saat 2.30-dan 3.30-dək Tərtər rayonunun Qızıloba kəndi yaxınlığında yerləşən mövqelərindən, saat 14.50-dən 15.20-dək və 4.45-dən 5.10-dək Ağdam rayonunun Şıxlar, Yusifcanlı və Baş Qərvənd kəndləri yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşilə susdurulmuşdur. İtki yoxdur.