ERMƏNİSTAN XARİCİ İŞLƏR NAZİRİNİN BƏYANATI TÜRKİYƏDƏ İSTEHZA İLƏ QARŞILANMIŞDIR
Ermənistan nazirinin bu bəyanatı Türkiyədə istehza ilə qarşılanmışdır. Siyasətçilər və şərhçilər erməni nazirinin bu bəyanatının gülünc olduğunu vurğulayaraq bildirirlər ki, Ermənistanın Avropa Birliyi adından danışmağa heç bir hüquqi və mənəvi haqqı yoxdur. İqtisadi böhranla yanaşı, mütəmadi siyasi böhranlarla üzləşən, tarixi həqiqətləri saxtalaşdıran, işğalçı siyasətindən çəkinməyən, digər dövlətlərdən asılı vəziyyətdə yaşamağa möhtac qalan Ermənistanın Türkiyə ilə müqayisə olunması isə cəfəngiyatdır.
Ermənistan naziri bəyanatında Türkiyənin AB üzvlüyünə qəbul edilməsinin əleyhinə olmadığını söylədiyi bir vaxtda Brüsseldə erməni deputatlar Avropa Birliyi nümayəndələri ilə görüşərək, Türkiyəni bu təşkilata qəbul etməməsi üçün geniş təbliğat kampaniyası aparırdı. Onlar hətta Avropa Birliyinin üzvü olan 25 ölkənin dövlət və hökumət başçılarına məktub göndərərək, Türkiyənin erməni “soyqırımını” tanımadığı təqdirdə onun bu təşkilata qəbul olunmamasını xahiş etmişlər.