Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ermənistanın təcavüzkar və dövlət terrorçuluğu siyasəti regional inkişafa və əməkdaşlığa əsas təhlükədir

Bakı, 24 aprel, AZƏRTAC

Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun, “ASAN xidmət”in könüllülük məktəbinin və Azərbaycan Respublikası Gənclər Təşkilatlarının Milli Şurasının (ARGTMŞ) birgə təşkilatçılığı ilə “Regional inkişafa və əməkdaşlığa əsas təhlükə Ermənistanın təcavüzkar və dövlət terrorçuluğu siyasətidir” mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, Yeni Azərbaycan Partiyasının (YAP) Binəqədi rayon təşkilatında keçirilən tədbirdə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun, ARGTMŞ-in, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri, “ASAN xidmət”in əməkdaşları və könüllüləri, eləcə də rayon üzrə dövlət orqanlarının nümayəndələri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edərək abidəsi önünə gül dəstələri qoyublar.

Sonra konfrans iştirakçıları Dövlət Komissiyası tərəfindən nəşr edilən əyani vəsaitlərlə tanış olublar.

Tədbirdə ümummilli lider Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Konfransda çıxış edən Dövlət Komissiyasının İşçi qrupunun rəhbərinin müavini Eldar Səmədov bildirib ki, tədbirin məqsədi Azərbaycana qarşı təcavüzkarlıq və terrorçuluq siyasəti yeridən Ermənistanda faşizmin və ifrat şovinizmin dövlət siyasəti səviyyəsinə qaldırılması, bunun ümumi regional sabitliyə, inkişafa və əməkdaşlığa doğurduğu təhlükələr barədə həqiqətlərin beynəlxalq aləmə çatdırılmasıdır.

Eldar Səmədov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ağır fəsadları, o cümlədən əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar məsələlərin həlli, təmsil etdiyi qurumun erməni terrorizminin araşdırılması ilə bağlı gördüyü işlərdən danışıb. Qeyd edib ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının əsas fəaliyyət istiqamətlərindən birini Ermənistan hərbçiləri və erməni terrorçu-quldur birləşmələrinin Azərbaycan xalqına qarşı törətdikləri dəhşətli cinayət faktlarının dünya ictimaiyyətinə çatdırılması təşkil edir. Bu işdə gənclərin daha da yaxından iştirakı və beynəlxalq aləmin məlumatlandırılması yollarının araşdırılması mühüm əhəmiyyətə malikdir.

Dövlət Komissiyasının İşçi Qrupunun rəhbərinin müavini diqqətə çatdırıb ki, erməni terror təşkilatları 100 ildən çoxdur dünyada və Azərbaycanda çoxsaylı terror hadisələri törədiblər. Ermənistanda faşizm və ifrat şovinizm siyasəti bu ölkənin qonşularına qarşı strategiyasının əsas elementinə çevrilib. Ermənistanın apardığı siyasətin bölgənin ümumi inkişafına, sülhə, sabitliyə və əməkdaşlığa göstərdiyi mənfi təsir barədə məlumatların dünya ictimaiyyətinə çatdırılması mexanizmi və yolları müasir kommunikasiya vasitələrindən mütəmadi istifadə edən gəncləri dərindən düşündürməlidir. Bu sahədə Prezident İlham Əliyev tərəfindən irəli sürülmüş hücum diplomatiyası taktikası, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən aparılan sistemli fəaliyyət və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü olan “Xocalıya ədalət!” kampaniyası gənclərimizə böyük nümunədir.

Məlumat verilib ki, Ermənistanın Azərbaycana qarşı dövlət səviyyəsində yeritdiyi işğalçılıq və terror siyasətini ifşa edən kitablar nəşr olunub və bu istiqamətdə işlər davam etdiriləcək.

Diqqətə çatdırılıb ki, XX əsrin əvvəllərindən başlayaraq erməni terrorçu təşkilatları, quldur dəstələri və Ermənistanın silahlı qüvvələri Azərbaycan xalqına qarşı zaman-zaman genişmiqyaslı hərbi təcavüz, etnik təmizləmə və soyqırımı həyata keçirib. Nəticədə Azərbaycan Respublikasının ərazisinin 20 faizi işğal edilib, bir milyondan çox azərbaycanlı qaçqına və məcburi köçkünə çevrilib, 20 min insan qətlə yetirilib, 50 min insan əlil olub, 3875 nəfər itkin düşüb. Müasir dövrün insanlıq əleyhinə yönəlmiş dəhşətli cinayətlərindən olan, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan ordusu tərəfindən Xocalı şəhərində törədilən soyqırımı nəticəsində 613 dinc sakin etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib.

Məhz təcavüzkar və militarist siyasət yeritməsi, terrorizmi və separatizmi dövlət səviyyəsində dəstəkləməsi Ermənistanı bu gün regionda uğurla həyata keçirilən, buradakı dövlətlərin rifahına və inkişafına yönələn bütün iqtisadı layihələrdən kənarda qoyub. Erməni terrorundan əziyyət çəkən bir ölkə kimi Azərbaycan bu sahədə beynəlxalq əməkdaşlığa, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə üstünlük verir, tərəfdar çıxdığı beynəlxalq sənədlərə və dövlətlərarası müqavilələrə əsasən, terrorçuluğa qarşı mübarizədə xarici dövlətlərlə, habelə beynəlxalq təşkilatlarla əlaqələrini genişləndirir.

Ermənistan dövlətinin və erməni diasporunun maliyyə və təşkilatı yardımı ilə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən erməni terrorçu təşkilatlarının Azərbaycana qarşı apardığı terror müharibəsi 1980-ci illərdən başlayaraq ardıcıl xarakter alıb. Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı yeddi rayonun işğalı zamanı çoxlu insan tələfatına nail olmaq məqsədi ilə Ermənistanın xüsusi xidmət orqanları hərbi əməliyyatların getdiyi ərazilərlə yanaşı, xeyli uzaqda yerləşən yaşayış məntəqələrində terror aktları törədib, nəticədə yüzlərlə günahsız insan həlak olub.

1988-ci ildən etibarən erməni silahlı qüvvələri tərəfindən Dağlıq Qarabağdan və Azərbaycanın digər işğal olunmuş ərazilərindən əhalinin məcburi köçürülməsi, maddi sərvətlərin, tarixi mədəniyyət abidələrinin dağıdılması, azərbaycanlı əsir və girovlara dəhşətli işgəncələr verilərək onların bir qisminin öldürülməsi və şikəst edilməsi, habelə ermənilərin törətdikləri təxribat, terror və başqa ağır cinayət faktları ilə əlaqədar Baş Prokurorluğun ərazi və hərbi prokurorluqları, Daxili İşlər Nazirliyi və digər xüsusi xidmət orqanları tərəfindən 600-dən çox cinayət işi başlanıb, istintaq aparılıb.

İşçi qrupunun rəhbərinin müavini qeyd edib ki, itkin düşmüş Azərbaycan vətəndaşlarının sonrakı taleyi ilə bağlı hazırda Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə yaxından əməkdaşlıq edilir. Gələcəkdə ekshumasiya və identifikasiyanın aparılması üçün itkin düşmüş şəxslərin ailə üzvlərindən, yaxın qohumlarından DNT nümunələri götürülür.

“Hazırkı dövrdə bizim əsas vəzifəmiz tarixin obyektiv araşdırılmasının aparılması və XX əsrin əvvəllərindən başlayaraq ermənilər tərəfindən türk-müsəlman əhaliyə və eyni zamanda, digər etnik və dini toplumlara qarşı törədilmiş cinayət əməlləri barədə tarixi həqiqətləri üzə çıxarmaq və yaymaqdır”, - deyə E.Səmədov vurğulayıb.

Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutunun ermənişünaslıq şöbəsinin müdiri, tarix elmləri doktoru Qasım Hacıyev, institutun əməkdaşı Nəsibə Mirzəyeva, ARGTMŞ-in sədri Seymur Hüseynov, YAP Gənclər Birliyinin sədri Seymur Orucov, “ASAN Könüllülər” məktəbinin rəhbəri Cahangir Hacıyev və başqaları çıxış edərək erməni terrorizmi və onun ağır fəsadlarından söz açıb, erməni vəhşiliklərini tarixi faktlarla diqqətə çatdırıblar. Bildiriblər ki, erməni terrorizmi təkcə azərbaycanlılar üçün deyil, digər qonşu xalqlar üçün də tarixən ciddi problemlər yaradıb. Ermənistan dövləti süni şəkildə yaradılıb. Bu dövlət terrorizm yuvasıdır, Cənubi Qafqazdakı bütün ölkələr üçün təhdiddir.

Qeyd edilib ki, Ermənistan öz şovinist dövlət siyasətinin məqsədlərinə çatmaq üçün informasiya müharibəsinin alətlərindən istifadə edir. İnternet mediası məkanında, sosial şəbəkələrdə təxribatla, yalan məlumatların yayılması, tarixi faktların saxtalaşdırılması ilə məşğul olur. Ancaq zaman göstərir ki, düşmən tərəfindən atılan bütün addımlar əbəsdir. Bu gün əminliklə demək olar ki, Ermənistan informasiya müharibəsində Azərbaycana uduzur.

Çıxışlarda vurğulanıb ki, gənclərimiz bu gün informasiya müharibəsində çox fəal iştirak edirlər. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyasına dəstək fəaliyyətləri çərçivəsində 20 Yanvar faciəsi, 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ərəfəsində gənclər təşkilatları və tələbə-gənclər təşkilatlarının dəstəyi ilə sosial şəbəkələrdə genişmiqyaslı aksiyalar keçirilib. Müstəqillik dövründə Azərbaycan iqtisadiyyatı, ordusu güclənib və gənclərimiz Ali Baş Komandanın əmri ilə torpaqlarımızı işğaldan azad etməyə tam hazırdırlar və buna qadirdirlər.

Çıxış edənlər gənclərimizi bundan sonra da Azərbaycanın milli maraqlarını daim qorumağa, informasiya müharibəsində fəal iştirak etməyə çağırıblar.

Konfrans iştirakçılarına Dövlət Komissiyası adından minnətdarlığını bildirən Eldar Səmədov deyib ki, burada səsləndirilən fikirlər tarixi hadisələrin obyektiv tədqiqatının zəruriliyini və əsl həqiqətlərin beynəlxalq aləmə çatdırılmasının vacib ictimai və elmi vəzifə olduğunu bir daha təsdiqləyir. O, konfransın təşkilinə verdiyi dəstəyə görə tədbir iştirakçıları adından Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Mədət Quliyevə təşəkkürünü bildirib. Qeyd edib ki, bugünkü tədbirdə səslənmiş fikir və mülahizələr komissiyanın gələcək fəaliyyətinə yeni stimul verəcək və bu sahədə əməkdaşlıq davamlı olacaq.

Sonda gənclərin sualları cavablandırılıb, çıxışlar və təkliflər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp Netanyahu ilə İranla bağlı razılaşmaları müzakirə edib

Britaniyada daha bir nazir istefa verib

CNN: İran müqavilənin son layihəsini Qətər vasitəsilə ABŞ-yə təqdim edib

DÇ-2026: Açılış oyununda 2 qol, 3 qırmızı vərəqə və ev sahibi Meksikanın qələbəsi YENİLƏNİB 2

Bundestaq Almaniya hərbçilərinin Bosniya və Herseqovinada və Kosovodakı beynəlxalq missiyalarda iştirakını bir il uzadıb

Tramp: İranla saziş böyük ehtimal ki, Avropada imzalanacaq

Türkiyə və Ukrayna arasında regional müdafiə və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb

Azərbaycan və Tailand Xarici İşlər nazirlikləri arasında ilk konsulluq məsləhətləşmələri keçirilib

Dünya çempionatına Mexikodakı təntənəli açılış mərasimi ilə start verilib YENİLƏNİB

Azərbaycan və Estoniya arasında növbəti siyasi məsləhətləşmələr aparılıb

Tramp Milli Kəşfiyyatın yeni direktoru vəzifəsinə namizədini açıqlayıb

Medianın İnkişafı Agentliyində məzun könüllülər və növbəti proqramın iştirakçıları ilə görüş olub

Joze Mourinyo yenidən “Real Madrid”in baş məşqçisi təyin olunub

Pentaqonda təhlükəli maddə ilə bağlı yanlış həyəcan siqnalı verildiyi təsdiqlənib

“Platinum Wolf - 2026” təlimində "Yüksəksəviyyəli Müşahidəçi Günü" keçirilib

Hikmət Quliyev: Milli Qurtuluşun ən mühüm nəticələrindən biri ərazi bütövlüyümüzün tam bərpasıdır

Tramp İrana qarşı planlaşdırılan hücumları ləğv edib: Sazişin imzalanma vaxtı tezliklə açıqlanacaq

Azərbaycan millisinin basketbolçusu dünya reytinqində ilk pilləyə yüksəlib

Riqada “Latviya və Azərbaycan: həyat hekayələrindən üzə çıxan tarix” kitabı təqdim olunub

Beyləqanda yol qəzası olub, xəsarət alanlar var VİDEO

Beyləqanda yol qəzası olub, xəsarət alanlar var VİDEO

Moskvada azərbaycanlı gənclərin iştirakı ilə ailə festivalı

Azərbaycan aqrar sektorda intensiv və innovativ inkişaf mərhələsinə daxil olur - ŞƏRH

BDU-da Respublika Fənn Olimpiadalarının humanitar fənlər üzrə qalibləri mükafatlandırılıb

Albaniya Respublikasının Baş naziri Edi Ramadan

Qambiya Respublikasının Prezidenti Adama Barroudan

Tufan Erhürman: Lefkoşa beynəlxalq təşkilatlarda müşahidəçi statusundan ŞKTC-nin maraqları naminə istifadə edir

Bu saata olan əsas xəbərlər

Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur

Aİ-nin Qazaxıstan iqtisadiyyatına yatırdığı investisiya 200 milyard dolları keçib

FHN-in əməkdaşları avarçəkmə yarışında qızıl medal qazanıblar

Viktor Santyaqo Pineda: Qarabağın bərpası inklüziv icmaların sıfırdan formalaşdırılması üçün unikal imkan yaradır – MÜSAHİBƏ

Parlamentdə kənd təsərrüfatının inkişafına dair ictimai dinləmə təşkil olunub VİDEO

Parlamentdə kənd təsərrüfatının inkişafına dair ictimai dinləmə təşkil olunub VİDEO

COP29-dan COP31-ə: Azərbaycan ilə Türkiyənin iqlim və yaşıl enerji sahəsində əməkdaşlığı

Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb

Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub

“Sabah” Fransa klubunun yarımmüdafiəçisini icarəyə götürüb

Gürcüstan DİN Ukrayna vətəndaşlarının sərhəddə saxlanılmasının səbəbini açıqlayıb

Səhiyyə naziri ilə elm və təhsil naziri Qarabağ Universitetində olublar

Aqrar sahənin inkişafı ölkə iqtisadiyyatının modernləşməsinə mühüm töhfə verəcək - ŞƏRH

Bu il Gəncə Dövlət Universitetindən iki mindən çox tələbə məzun olur

Bartaz dağlarında möhtəşəm mənzərə: Bezoar dağ keçiləri sürü halında VİDEO

Bartaz dağlarında möhtəşəm mənzərə: Bezoar dağ keçiləri sürü halında VİDEO

Son illər Şəkidə heyvan sahiblərinə 2,7 milyon manatdan çox subsidiya ödənilib

Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb

Culfada yanğında xəsarət alan uşaq ölüb - YENİLƏNİB-2 VİDEO

Culfada yanğında xəsarət alan uşaq ölüb - YENİLƏNİB-2 VİDEO

Vətəndaşlara saxta CAPTCHA səhifələri ilə bağlı xəbərdarlıq edilir

“Zirə” milli komandanın futbolçusunu transfer edib

Ukraynalı uşaqların ölkəmizin tarixi və görməli yerlərinə ekskursiyası təşkil olunub

Milli Kitabxanada “Dilimiz milli-mədəni kimliyimizin təməlidir" mövzusunda seminar təşkil olunub

Ekologiya və təbii sərvətlər naziri Naxçıvanda vətəndaşların müraciətlərini dinləyib

OPEC: Bu il qlobal neft tələbatı sutkada 106 milyon barel olacaq

“Qalatasaray”ın sabiq vitse-prezidenti azadlığa buraxılıb

İrakli Kobaxidze: Beynəlxalq maliyyə qurumları Orta Dəhlizin potensialını çox yaxşı başa düşürlər

Orta Dəhliz layihəsinə bir çox ölkə maraq göstərir - ŞƏRH

Böyük Britaniyada parlament binasında gizlənən qadın saxlanılıb

Azad olunmuş ərazilərin aqrar sektora inteqrasiyası və ölkə iqtisadiyyatına verəcəyi töhfə böyükdür RƏY

Tarixdən süzülən zəriflik – Xan qızının geyim irsi VİDEO

Tarixdən süzülən zəriflik – Xan qızının geyim irsi VİDEO

Coğrafiya İnstitutu: Ağsu aşırımında sürüşmə təhlükəsi qalır

Böyüklərdə disleksiya niyə illərlə gizli qalır? - ekspert izah edir

QHT Agentliyinin növbəti qrant müsabiqələrində aqrar mövzular əsas istiqamətlərdən olacaq VİDEO

QHT Agentliyinin növbəti qrant müsabiqələrində aqrar mövzular əsas istiqamətlərdən olacaq VİDEO

"Heydər Əliyevin Qərbi Azərbaycan siyasəti: Tarixi və siyasi varislik" kitabının müzakirəsi olub VİDEO

"Heydər Əliyevin Qərbi Azərbaycan siyasəti: Tarixi və siyasi varislik" kitabının müzakirəsi olub VİDEO

Agentlik: Bu il 116 mindən çox şagird məzun olur

Parklanma siyasətində aparılan dəyişikliklər nəqliyyat axınının tənzimlənməsinə nə dərəcədə təsir göstərib?

QHT sədri: Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir VİDEO

QHT sədri: Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir VİDEO

Azərbaycanın U-17 və U-19 yığmalarının Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri bəlli olub

Göygöl rayonunda göldə batan azyaşlıların meyitləri tapılıb

Akademik: Ölkəmizdə yeni rəqəmsal peşə istiqamətlərinin formalaşdırılması müasir dövrün tələbidir

ADA Universitetinin müəllimi: Şoranlaşma ilə mübarizədə innovativ texnologiyaların tətbiqi vacibdir VİDEO

ADA Universitetinin müəllimi: Şoranlaşma ilə mübarizədə innovativ texnologiyaların tətbiqi vacibdir VİDEO

“Şamaxı” “Sumqayıt”ın futbolçusunu icarəyə götürüb

İqtisadi Şuranın iclasında Ələt Azad İqtisadi Zonasına dair tapşırıqlar verilib

Qusarın Laza kəndində sürüşmə olub VİDEO

Qusarın Laza kəndində sürüşmə olub VİDEO

Məcnun Məmmədov: İxrac subsidiyasına mərhələli şəkildə getməyi düşünürük VİDEO

Məcnun Məmmədov: İxrac subsidiyasına mərhələli şəkildə getməyi düşünürük VİDEO

Dövlət Məşğulluq Agentliyi daha 1700-dən çox şəxsi peşə kurslarına cəlb edib

“Qarabağ” klubunun rəhbərliyi görülən işlərlə bağlı hesabat verib

Nazir: Məqsədimiz məhsuldarlığın artırılmasına nail olmaqdır VİDEO

Nazir: Məqsədimiz məhsuldarlığın artırılmasına nail olmaqdır VİDEO

Tomoko İida: Siqaretçəkmə nisbətinin azaldılması Azərbaycanın insan kapitalını gücləndirəcək

“Turan Tovuz”un panamalı futbolçusu milli komandada mükafatlandırılıb

Qlobal enerji xəritəsini formalaşdıran Azərbaycan modeli - ŞƏRH

Qazaxıstanda QR-111 sistemi vasitəsilə uşaqlardan 167 min müraciət daxil olub

Ölkəmizin strateji əhəmiyyəti Yaponiya gündəmində

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Azərbaycan Şərqlə Qərb arasında strateji enerji körpüsü rolunu oynayan böyük geosiyasi oyunçudur - ŞƏRH

Ekspert: Startaplar üçün vahid “bir pəncərə” platforması yaradılmalıdır – ŞƏRH

Arıqlamaq üçün çay, kofe və ya şokoladlar effektlidirmi?

Dünya çempionatına buraxılmayan hakim UEFA Superkuboku uğrunda oyunu idarə edəcək

Mədinə Səlimova: Ən böyük arzum "Leyli" obrazını yaratmaqdır – MÜSAHİBƏ VİDEO

Mədinə Səlimova: Ən böyük arzum "Leyli" obrazını yaratmaqdır – MÜSAHİBƏ VİDEO

Deputat: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni vəzifələr aqrar sahədə yeni mərhələ yaradır

Respublika Seysmoloji Xidmət Mərkəzində Milli Qurtuluş Gününə həsr olunmuş tədbir təşkil edilib

Özbəkistan nümayəndə heyəti AzTU-da mübadilə proqramında olub

Azərbaycan Voleybol Federasiyasının rəsmisi Avropa Liqasının oyunlarına təyinat alıb

Ötən ay OPEC-in gündəlik neft hasilatı 18,8 milyon barelə geriləyib

Aynur Babayeva: Xurşidbanu Natəvanın bədii tikmələrinin nümunələri “Gül dəftəri” albomunda toplanıb VİDEO

Aynur Babayeva: Xurşidbanu Natəvanın bədii tikmələrinin nümunələri “Gül dəftəri” albomunda toplanıb VİDEO

Milli Qurtuluş Günü: Xalq-lider birliyinin təntənəsi

Beş ayda özəlləşdirmə və icarədən dövlət büdcəsinə 117 milyon manat vəsait ödənilib

“ACWA Power”: Biznes transformasiyası investisiyaların cəlb edilməsi üçün zəruri amildir

Mürvət Həsənli: Dövlət Proqramının əsas məqsədi ərzaq təhlükəsizliyinin gücləndirilməsidir VİDEO

Mürvət Həsənli: Dövlət Proqramının əsas məqsədi ərzaq təhlükəsizliyinin gücləndirilməsidir VİDEO

Daşınmaz əmlak alarkən hüquqi risklərdən necə qorunmaq olar? VİDEO

Daşınmaz əmlak alarkən hüquqi risklərdən necə qorunmaq olar? VİDEO

Azərbaycan Mətbuat Şurasında ictimai müzakirə YENİLƏNİB

Tramp: ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək

® “Bakcell” “Signature Gala Night” tədbirinin tərəfdaşı olub

“Maqadan: Sonuncu dayanacaq” kitabı təqdim olunub