ERMƏNİSTANLI HƏRBİ ƏSİR REPATRİASİYA OLUNMUŞDUR
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) ölkəmizdəki nümayəndəliyindən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycanda saxlanılan ermənistanlı hərbi əsir martın 24-də BQXK-nin himayəsi altında repatriasiya olunmuşdur. Əməliyyat Azərbaycanın Qazax şəhəri ilə Ermənistanın İcevan şəhəri arasındakı ərazidə baş tutmuşdur.
Əməliyyatdan əvvəl BQXK-nin nümayəndələri öz arzusu ilə geri qayıtmaq istədiyinə əmin olmaq üçün hərbi əsirlə görüşmüşlər.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 1992-ci ildə fəaliyyətə başladığı vaxtdan bəri BQXK 656 nəfərin repatriasiya olunmasına və ya ötürülməsinə yardım göstərmişdir.