Ərzurumda uçuşa hazırlaşan təyyarənin mühərrikində yanğın olub
İstanbul, 6 may, AZƏRTAC
Türkiyənin Ərzurum şəhərindəki hava limanında “Anadolujet” şirkətinə məxsus sərnişin təyyarəsinin mühərrikində yanğın olub.
AZƏRTAC xəbər verir ki, hadisə təyyarənin uçuşa hazırlandığı zaman baş verib. Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğın söndürülüb və yarana biləcək təhlükə aradan qaldırılıb. Təyyarənin sərnişinləri təxliyə olunub.
Hava gəmisi Ərzurum-İstanbul marşrutu üzrə uçuşa hazırlanırmış. Yanğına səbəb kimi benzin sızması göstərilir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.09.2026 [13:09]
Sudanın cənubunda toqquşmalar nəticəsində 26 nəfər ölüb
- 18.09.2026 [12:39]
Barro: Fransa istənilən təhlükəyə və təcavüzə qarşı hazırlanır
- 18.09.2026 [11:55]
Hörmüz boğazında gəmi vurulub
- 18.09.2026 [11:00]
Atlantik okeanında son 60 ilin ən uzun qasırğasız dövrü yaşanır
- 18.09.2026 [10:49]
Fransada ailə böhranı: maddi çətinliklər ailələrin uşaq planlarını dəyişir
- 18.09.2026 [09:35]