ESTONİYA AZƏRBAYCANLA ƏLAQƏLƏRİN İNKİŞAFINDA MARAQLIDIR
AZƏRTAC xəbər verir ki, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri, AŞPA-dakı parlament nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qonağı salamladıqdan sonra Azərbaycan-Estoniya əlaqələrinin inkişaf perspektivlərindən, parlamentlərimiz arasındakı münasibətlərdən danışmışdır. Sonra S. Seyidov ölkəmizin Avropaya inteqrasiyası, bu işdə mövcud problemlər, xüsusən də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Azərbaycanın bu məsələdə ədalətli mövqeyi barədə ətraflı məlumat vermişdir.
Xanım Kristina Oculand demişdir: Estoniya Avropa strukturlarına inteqrasiya etməklə yanaşı, Cənubi Qafqaz respublikaları ilə də əlaqələrin genişlənməsində maraqlıdır. Mən Estoniyanın xarici işlər naziri kimi Avropa Şurasının baş katibi vəzifəsinə namizədlərdən biriyəm. Azərbaycan həm regionda, həm də, beynəlxalq təşkilatlarda böyük nüfuza malikdir. Səfərimdən məqsəd bu və digər məsələlərlə bağlı məsləhətləşmələr aparmaqdır.
Sonra görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [11:17]
Azərbaycan Prezidenti: Müasir ideoloji işlər aparılmalıdır
- 02.10.2026 [11:00]