“EuroHome” tikinti materialları bazarında baş verən yanğın söndürülüb VİDEO
Bakı, 12 may, AZƏRTAC
Binəqədi rayonunda yerləşən “EuroHome” tikinti materialları bazarında baş verən yanğın söndürülüb.
AZƏRTAC xəbər verir ki, alovun qarşısı Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin bölmələri tərəfindən alınıb.
FHN-nin rəhbərliyi də hadisə yerində olub.