CƏMİYYƏT
Evdə sosial-məişət xidməti göstərilən ahılın 85 yaşı qeyd olunub
![](/files/galleryphoto/2024/2/1200x630/17182626535280153572_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17182626535042618781_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17182626532433328906_1200x630.jpg)
Bakı, 13 iyun, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Quba-Xaçmaz regional filialının əməkdaşları Xaçmazda ahıl şəxs Sabir Abusəddər oğlu Zeynalovu doğum günündə ziyarət ediblər.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, 85 yaşını qeyd edən ahıla Agentliyin sosial xidmətçisi tərəfindən evdə (səyyar) sosial-məişət xidməti göstərilir.
Əməkdaşlar onun sosial vəziyyəti ilə maraqlanıb, ad günü münasibətilə təbrik edib, cansağlığı və uzun ömür arzulayıblar.
Sabir Zeynalovun bundan sonra da dövlətin qayğısı ilə əhatə olunacağı qeyd edilib.
O, göstərilən dövlət qayğısına görə təşəkkürünü bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.07.2024 [19:01]
İqlim dəyişikliyinin əməyin təhlükəsizliyinə və sağlamlığa təsiri - vebinar
- 01.07.2024 [18:30]
ANAMA-nın İdarə Heyətinin sədri Ukraynanın Azərbaycandakı səfiri ilə görüşüb
- 01.07.2024 [18:11]
Raket zərbəsinə məruz qalmış Odessa kilsəsi təmir edilir VİDEO
- 01.07.2024 [17:41]