Evdən qızıl-zinət əşyaları oğurlayan şəxs tutulub
Bakı, 11 iyun, AZƏRTAC
İmişli Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 30-da rayon ərazisindəki evlərin birdən 4000 manat, 650 ABŞ dolları və 5000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş E.Muradov saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, oğurluq etdiyinə görə tutulmuş O.Ağayevin ətrafında Xətai Rayon Polis İdarəsi 35-ci polis bölməsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki bir köşkdən tütün məmulatı, bir evdən pul və 1430 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyənləşdirilib.
Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.