Evində narkotik maddə gizlədən İsmayıllı rayon sakini saxlanılıb
Bakı, 21 fevral, AZƏRTAC
İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları külli miqdarda narkotik vasitəni qanunsuz dövriyyədən çıxarıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, rayon polis şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Qalınçaq kənd sakini Məzahir Əzimov saxlanılıb. Keçirilmiş tədbirlərin davamı olaraq onun yaşadığı evə baxış keçirilib. Evdən və həyətyanı sahədəki tikilidən 1 kiloqram 480 qram qurudulmuş marixuana aşkarlanaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]
DİN: Yeddi evdən 5800 manat dəyərində avadanlıq oğurlayan şəxs tutulub
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]