“Facebook” kompaniyası adını dəyişməyi planlaşdırır
Bakı, 20 oktyabr, AZƏRTAC
“Facebook” sosial şəbəkəsinin, “Instagram” servisinin və “WhatsApp” messencerinin sahibi olan Amerikanın “Facebook” korporasiyası artıq gələn həftə öz adını metakainat (The metaverse) konsepsiyasını əks etdirəcək adla əvəzləmək barədə planlarını açıqlamalıdır.
AZƏRTAC Verge portalına istinadla xəbər verir ki, müvafiq planın təfərrüatlarının oktyabrın 28-də baş tutacaq illik konfransda elan olunacağı gözlənilir. Bu rebrendinq “Facebook” sosial şəbəkəsinin də digər populyar servislər kimi, kompaniyanın məhsullarından biri olduğunu əks etdirməlidir. Onun kompaniyanın son illər üzərində işlədiyi “əlavə reallıqlar texnologiyası - Horizon” ilə bağlı ola biləcəyi ehtimal edilir.
Qeyd edək ki, “Facebook” adını dəyişmək qərarına gələn ilk texnologiya kompaniyası deyil: 2015-ci ildə Mark Sukerberqin əsas rəqibi - “Google” kompaniyasının adı “Alphabet” ilə əvəz olunmuşdu.
Son zamanlar “Facebook” kompaniyası və ona məxsus servislər ətrafında bir sıra qalmaqallar baş verib. Bunlara yanlış məlumatların yayılması ilə mübarizəyə yetərincə diqqət ayrılmaması, “WhatsApp” messencerinin mübahisə doğurmuş yeni istifadəçi müqaviləsi, “Instagram” sosial şəbəkəsinin asılılığa səbəb olması və onun “toksik təsirləri” ilə bağlı araşdırmaların gizlədilməsi, həmçinin kompaniyaya məxsus servislərdə tarixin ən böyük texniki problemlərinin yaşanması aiddir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [17:47]
Üç aylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır
- 15.06.2026 [17:31]
Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır
- 15.06.2026 [16:38]
Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır
- 15.06.2026 [15:32]
Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir
- 15.06.2026 [15:23]
Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 15.06.2026 [15:08]
Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib
- 15.06.2026 [15:01]