FAO AZƏRBAYCAN ÜÇÜN MİLLİ ORTAMÜDDƏTLİ PRİORİTET ÇƏRÇİVƏ SƏNƏDİNİ HAZIRLAYACAQDIR
Bakı, 23 yanvar (AZƏRTAC). Azərbaycan hökuməti və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) ölkəmizdəki nümayəndəliyi tərəfindən Milli Ortamüddətli Prioritet Çərçivə Sənədinin (MOPÇS) hazırlanması prosesinə başlanması ilə bağlı yanvarın 28-də tədbir keçiriləcəkdir.
Tədbirin əsas məqsədi kənd təsərrüfatı və aqrar sektorda, o cümlədən meşəçilik və balıqçılıq sahələrində fəal olan milli və beynəlxalq maraqlı tərəfləri çərçivə sənədinin hazırlanması prosesinə başlanılması barədə məlumatlandırmaq, onların bu işdə maraq və fəal iştirakını təmin etməkdir.
Azərbaycan üçün MOPÇS ölkədəki vəziyyətin qısa təsviri, təhlili və beynəlxalq qurumlarla aparılacaq məsləhətləşmələrə əsaslanaraq, növbəti 3-4 ildə FAO-nun respublikaya yardımı üçün prioritet fəaliyyətlərin müəyyən edilməsindən ibarətdir.
Bu sənədin hazırlanmasında məqsəd Azərbaycandakı fəaliyyətlərin səmərəliliyinin və əlaqələndirilməsinin gücləndirilməsi, FAO yardımının strateji prioritetləşdirilməsi, tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi və gələcək inkişafı, ölkənin ərzaq təhlükəsizliyi və kənd təsərrüfatının inkişaf etdirilməsi üçün ehtiyatların səfərbər edilməsinin dəstəklənməsi və s. məsələlərdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]