Azərbaycan Dövlət İnformasiya Agentliyi

Fərid Mansurov: Heyvanların mühafizəsi ilə bağlı mükəmməl qanunlara ehtiyac var

Bakı, 28 sentyabr, Anara Axundova, AZƏRTAC

Heyvanların mühafizəsi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın fəaliyyət istiqamətlərindən biridir. 2014-cü ilin oktyabrında o, Bakı şəhəri və ətraf ərazilərdə sahibsiz heyvanların müayinəsi və müalicəsi, habelə onların qısamüddətli sığınacaqları üçün nəzərdə tutulmuş IDEA Heyvanlara Qulluq Mərkəzinin təməlini qoyub. Bundan əlavə, Leyla xanım heyvanları xilas edən digər cəmiyyətlərə də dəstək verir. Belə təşkilatlardan biri də GWARP – “Good World Animal Rescue and Protection”dur. AZƏRTAC GWARP məkanlarından birinə baş çəkib, təşkilatın prezidenti Fərid Mansurovla söhbət edib.

- Fərid, heyvanların mühafizəsi üzrə fəaliyyətinizin tarixçəsi barədə məlumat verərdiniz.

- Bu həvəs hələ uşaqlıq illərindən başlayıb. Heyvanlara çox böyük, hətta fanatik dərəcədə sevgim olub. Baxdığım ən sevimli verilişlər heyvanlar haqqında idi: şənbə günləri “Heyvanlar aləmində”, bazar günləri isə “Heyvanlar haqqında dialoqlar” yayımlanırdı. Bacımla məktəbə gedərkən sahibsiz itləri yedizdirirdik və onlar bizi evdən məktəbə və geri qayıdarkən müşayiət edirdi. Hətta fasilələrdə də məktəbin həyətində pişiklərə yem verməyə vaxt tapırdım. Sonra şikəst heyvanları evə gətirməyə başladım. Anam məni dilə tutmağa çalışırdı ki, hələ bunları etmək tezdir. O deyirdi: “Bax, böyüyərsən, öz sığınacağını açarsan”. Bu sözlər zarafat kimi deyilsə də, sonralar gerçəkləşdi. Artıq tələbə olanda, (Fərid Mansurov BDU-nun fizika fakültəsində oxuyurdu - müəllif) feysbukda heyvanlara kömək edən ayrı-ayrı qrupları kəşf etdim. Mən onlara maddi yardım edirdim, sonra tələbə yoldaşlarım da mənə qoşuldular. Tələbəlik illərində bu fəaliyyəti davam etdirdik. Sonra xəstə heyvanları bağımda yerləşdirməyə başladım. Onların sayı getdikcə artırdı. Artıq ərazinin təmizliyinə baxan, sonra baytarların göstərişlərini yerinə yetirən işçilər cəlb etdim. Sahibsiz itlərin sayı 50-ni keçdikdən sonra başa düşdük ki, artıq öz gücümüzlə bunun öhdəsindən gələ bilməyəcəyik. Həmin an nə edəcəyimizi bilmirdik. Lakin o vaxta qədər könüllülərimizdən biri bizim üçün “Instagram” səhifəsi açdı və ictimaiyyət köməyimizə gəlməyə başladı: paylaşım edəndə yem, dərman alırdıq və tədricən gördüm ki, mən artıq bu fəaliyyətə tamamilə bağlıyam.

- Fəaliyyətiniz təşkilat səviyyəsinə necə keçdi?

- 2018-ci ildə “Instagram” vasitəsilə Azərbaycanda olan amerikalı Kamilla Mişiyevanın bizdən it götürmək istədiyi barədə mesaj aldıq. O, bakılı olduğu üçün məhz Bakıdan it götürmək istəyirdi. Kamilla bir it götürmək üçün gəlmişdi, lakin sonunda beşini apardı. Sonra onları qonşuları və dostlarına verdi və başa düşdü ki, bu yolla heyvanlara kömək etmək olar. Bundan sonra heyvanları yerləşdirmək üçün onları ABŞ-a göndərməyə başladıq. Günlərin birində ABŞ səlahiyyətliləri Kamillaya müraciət edərək bildirdilər ki, bu təşəbbüs bir növ qanuni şəkildə həyata keçirilməlidir və şirkət ABŞ-da qeydiyyatdan keçməlidir. 2019-cu ildə biz GWARP – “Good World Animal Rescue and Protection” cəmiyyətimizi qeydiyyatdan keçirdik. Sonra fəaliyyətimizi genişləndirdik və beynəlxalq səviyyədə çalışmağa başladıq. Savadlı insanlardan ibarət komandamız var. Bizim Mərdəkanda və hava limanının arxasında, Binədə üç məkanımız var. 2020-ci ildə it döyüşlərindən xilas edilmiş pitbullar üçün IDEA tərəfindən bizə 30 mühafizə sahəsi də ayrıldı. 2019-cu ildə Leyla Əliyeva mənim fəaliyyətimlə maraqlandı və evsiz heyvanlarla əlaqədar ümumi vəziyyətlə bağlı görüşüb danışmaq istədi. Leyla xanım Mərdəkandakı sığınacağımıza şəxsən baş çəkdi – bu, bizim əsas məkanımızdır - və bizə yaxşı təchiz olunmuş səyyar klinika bağışladı. Leyla xanımın təşəbbüsü ilə IDEA “Animal Care Centre” adlı sığınacaqda sterilizasiya etmək üçün bizə iki həkim göndərdi. Bu, bizim üçün çox böyük köməkdir!

Hazırda məntəqələrimizdə ümumilikdə 1000-dən çox it və 100-dən çox pişik yaşayır. Bundan əlavə, brakonyerlərdən xilas edilmiş 17 qonur ayı Altıağac Milli Parkının ərazisində himayəmizdə saxlanılır.

Bizim müəyyən ciddi tədbirlərimiz var. Biz heyvanı qəbul edəndə onu tam peyvənd edirik, onları baytarlar müayinə edir, bazamızda hər birinin elektron kartı var.

Bu, davamlı prosesdir. Heyvan ömrünün sonuna qədər sığınacaqda yaşamamalıdır. Biz buna da nail olduq, çünki heyvanları ABŞ-da yerləşdirə bildik. Bu günə qədər ABŞ-da 500-dən çox it və 300-dən çox pişik yerləşdirə bilmişik.

- Doğrudanmı heyvanı ABŞ-a göndərmək Azərbaycanda yerləşdirməkdən daha asandır?

- Bəli. Azərbaycanda əvvəllər bu sahədə heç bir dinamika yox idi. Son illərdə - pandemiya zamanı və pandemiyadan sonra biz ayda 2-3 it yerləşdiririk və buna çox şadıq. Bizim öz standartlarımız var, itləri mənzildə, evdə yerləşdirməyə çalışırıq. İstəyirik ki, onlar daha yaxşı şəraitdə olsun və ailənin bir üzvünə çevrilsinlər. Buna görə də Azərbaycanda heyvan yerləşdirmək bizim üçün çətindir. Amma şadam ki, heç olmasa bu tələbat artıq mövcuddur, dinamika da artır.

- Fəaliyyətinizdə ən böyük çətinlik nədən ibarətdir?

- Ümumiyyətlə, bu fəaliyyət son dərəcə çətindir. Əsas çətinlik isə evsiz heyvanlarla bağlı vəziyyəti tənzimləyən mexanizmlərin olmamasıdır. İlk növbədə, qanunvericilikdən danışıram. İnzibati Xətalar Məcəlləsinin yeganə 274-cü maddəsi var ki, heyvan döyülməsi nəticəsində tələf və ya şikəst olubsa, 500 manat cərimə nəzərdə tutulur. Sığınacağımıza hər gün şikəst heyvanlar daxil olur...

- Hər gün?

- Bəli. Hər gün. Bəzən 2-3 fərd: pişiklər, itlər. Heyvanlara qarşı ən dəhşətli vəhşiliklər törədilir. Demək olar ki, heç kimi məsuliyyətə cəlb etmək mümkün deyil, çünki çox vaxt bunu kimin etdiyini bilmirik. Bu vəhşiliyi törədəni müəyyən etmək üçün araşdırma aparmaq lazımdır, amma bu məqsədlə heyvanlara qarşı amansızlığı cinayət dərəcəsinə qaldırmaq vacibdir. Belə olmayan halda, hüquq-mühafizə orqanları bütün bu məsələlərin həllində səhlənkarlıq göstərəcək, çünki bu, sadəcə, inzibati məsuliyyətdir... Sevindirici haldır ki, cəmiyyət bütün bu hallara getdikcə daha çox reaksiya verir, qəddarlıq daha çox adamı narahat etməyə başlayıb.

- Sizcə bu halların baş verməsinin səbəbi nədir?

- Düşünürəm ki, insanlar, sadəcə, başa düşməyə başladılar ki, bu gün heyvanları şikəst edən hər kəs onlara da potensial təhlükə yaradır. Qərbdə insan qatili olan manyakların cinayət yoluna heyvanlardan başladığını göstərən rəsmi araşdırmalar var. Ümumiyyətlə, cəmiyyətdə heyvanlara qarşı qəddarlıq təcavüzün artan dərəcəsini göstərir. Bununla bağlı nəsə etmək, belə halların qarşısını almaq lazımdır. Hazırda tam təkmilləşdirilmiş qanunvericilik və məktəbdən başlanan təşviqat işi tələb olunur. Uşaqlara heyvanlara münasibətdə mərhəmət hissi aşılamaq lazımdır.

- Bildiyimə görə, uşaqlar sizin sığınacaqlara tez-tez gəlirlər.

- Bəli, biz buna çalışırıq. Son vaxtlar çoxlu məktəbli gəlir. “Be Kind Azerbaijan” layihəsinin təsisçisi Şirin Rzayeva sayəsində Daun sindromlu və autizmli uşaqlar tez-tez qonağımız olur, heyvanlarla gözəl vaxt keçirirlər. Düşünürəm ki, biz bu cür tədbirləri daha tez-tez keçirəcəyik.

- Qanunvericilik məsələsinin yaxın gələcəkdə öz həllini tapacağına ümid varmı?

- Çox ümid edirəm ki, bu il heyvanların mühafizəsi ilə bağlı tam mükəmməl qanunvericilik qəbul ediləcək. Buna çox ehtiyacımız var! Heyvanların saxlanması üçün bütöv qaydalar hazırlanacaq, müvafiq cərimələr və cəzalar müəyyən ediləcək. Niyə məhz bu il? Çünki bu il Azərbaycanda COP29 keçirilir və heyvanları qorumaq üçün qanunvericiliyin qəbulu baxımında bundan gözəl fürsət ola bilməz. COP29 çərçivəsində buraya məşhur “PETA Humane Society” təşkilatının nümayəndələri gələcək. Onlar artıq bütün vəziyyətdən xəbərdardırlar və mənimlə əlaqə saxlayırlar. Təbii ki, onları maraqlandıran ilk məqam mövcud qanunvericiliklə bağlı planların olmasıdır. İstərdim ki, bizdə onlara göstərəcək və söyləyəcək nəsə olsun. 

- Fərid, çətin fəaliyyətinizi davam etdirmək üçün gücü haradan alırsınız?

- Yəqin ki, heyvanlara sevgi və əzmkarlıqdan. Fəaliyyətimi nə qədər davam etdirəcəyim barədə düşünmüşəm, bunun sonu yoxdur. Amma bu məsələdə mənim inadkar təbiətim də rol oynayır. Mən onu yarımçıq qoya bilmərəm. Bundan əlavə, ümidimiz var ki, biz cəmiyyət olaraq bu məsələni həll edib başqa səviyyəyə keçəcəyik.

Söhbətimizdən sonra Fərid Mansurov sığınacaq sakinləri ilə görüşmək üçün həyətə çıxır. Onlar sevinclə onu qarşılamağa qaçırlar. Həmsöhbətimiz onları qucaqlayaraq hər birini ləqəblə çağırır, qulağına xoş sözlər pıçıldayır. Ev heyvanları sözlə cavab verə bilməsələr də, min sözə dəyəcək bir baxışla təşəkkürlərini ifadə edirlər. 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Səudiyyə Ərəbistanında hava limanına hücum nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb

Prezident İlham Əliyev: Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik

Baş katib: Uşaq futbolunun inkişafı üçün vacib addımlar atılır

Muzdla çalışanların orta aylıq əməkhaqqı 1173 manat olub

Yanvar-sentyabr aylarında pensiyalara 5 milyard 874 milyon manat vəsait yönəldilib

Enerji Məsələlərini Tənzimləmə Agentliyi üçüncü rübün nəticələrini açıqlayıb

Revmatoid artritlə yaşayanlar nələrə diqqət etməlidirlər? – Mütəxəssisdən tövsiyələr

İşgüzar mühit və peşə mədəniyyəti: müəllimlərin geyim qaydaları tənzimlənir

Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış edirlər YENİLƏNƏCƏK

Fransada Alen Soralın təsis etdiyi ifrat sağçı assosiasıya buraxılır

Azərbaycan-Kamboca sənədləri mübadilə olunub YENİLƏNƏCƏK

AFFA yeni layihələrini ictimaiyyətə təqdim edib

Almaniyanın əmək və sosial məsələlər naziri istefa verib

Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub

Cibuti sahillərində qayığın batması nəticəsində 139 miqrant ölüb

Rusiya dünya bazarının dizelə olan tələbatını ödəyə biləcəkmi?

Prezident İlham Əliyev: Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır

Məktəb-liseyin psixoloqu: Vahid məktəbli forması şagirdlərdə məsuliyyət hissini gücləndirir VİDEO

Məktəb-liseyin psixoloqu: Vahid məktəbli forması şagirdlərdə məsuliyyət hissini gücləndirir VİDEO

Azərbaycan Prezidenti: Süni intellektin sürətli inkişafı əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir

Prezident: Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib

Bakıda TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin İkinci Görüşü başlayıb YENİLƏNİB

BDYPİ-dən sürücülərə çağırış: Məcburi dayanma zamanı təhlükəsizlik tədbirlərini unutmayın

Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin 2-ci Görüşünün iştirakçılarına

Bakıda Azərbaycan-Çexiya biznes forumu keçirilir

NASA-nın roveri Marsda sübh şəfəqinin şəklini çəkib

DİN: Cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanılıb

Çex nazir: Azərbaycanı mühüm strateji tərəfdaş hesab edirik

İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə

Şahin Babayev: Məqsədimiz regional logistika mərkəzinə çevrilməkdir

“ASAN xidmət”in süni intellekt təcrübəsi beynəlxalq konfransda təqdim olunub

Azərbaycan Prezidenti İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub

Oktyabrın 12-si Ümumdünya Artritlə Mübarizə Günüdür

Montella Türkiyə millisindən ayrılması ilə bağlı təsirli paylaşım edib

Çexiyadan Azərbaycana birbaşa investisiyalar 74 milyon dollar olub

Azərbaycanın dövlət borcu iqtisadi siyasət üçün mövcud fiskal manevr imkanlarının göstəricisidir ŞƏRH

Mareska Premyer Liqada ilk 6 oyunun hamısında qələbə qazanan 4-cü baş məşqçi olub

Radek Spicar: Azərbaycanın bölgədə lider mərkəzə çevrilmək üzrə çox iddialı və maraqlı strategiyasını yaxından izləyirik

Türkiyənin müdafiə sənayesi şirkətləri xaricdə istehsal olunan elektromobillərə giriş qadağası qoyub

Azərbaycan Çinlə kənd təsərrüfatı sahəsində anlaşma memorandumu imzalayıb

Məktəblərdə vahid geyim forması: sosial bərabərlik və sağlam təlim mühiti

Bu il Azərbaycanla Çexiyanın ticarət dövriyyəsi 760 milyon dollar olub

Nazir: Səudiyyə Ərəbistanı istənilən şəraitdə fasiləsiz neft tədarükünü təmin edəcək

Ötən həftə zərərsizləşdirilən minaların və digər hərbi sursatların sayı açıqlanıb

Cəmiyyəti tərəqqiyə aparan yol elmdən, maarifdən və azad düşüncədən keçir - Günay Qarayeva

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Dağ velosipedi üzrə ölkə kubokunun 3-cü mərhələsinin qalibləri bəlli olub

Birjalarda neft ucuzlaşıb VİDEO

Birjalarda neft ucuzlaşıb VİDEO

Sloveniyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları dünyanın ən nüfuzlu alimləri siyahısında yer alıblar

Kamboca Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi olub

Təhsil Şurası: Dini hisslərdən siyasi məqsədlər üçün istifadə yolverilməzdir

FHN: Ötən həftə ərzində 135 yanğına çıxış olub, 8 nəfərin meyiti təhvil verilib VİDEO

FHN: Ötən həftə ərzində 135 yanğına çıxış olub, 8 nəfərin meyiti təhvil verilib VİDEO

Qaxda “Şən Bazar” festivalı: rayonun turizm imkanları tanıdılır - Fotoreportaj

BVF: Süni intellekt dünya üzrə iş yerlərinin 40 faizinə təsir edəcək

ABŞ və Britaniya vətəndaşlarını Səudiyyə Ərəbistanına səfərlərlə bağlı ehtiyatlı olmağa çağırıb

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Yasamal rayonunun bəzi ərazilərində işıq olmayacaq

İran ABŞ-nin regiondakı texnoloji infrastrukturunu hədəfə ala biləcəyi barədə xəbərdarlıq edib

Şimali Koreya Yapon dənizinə doğru bir neçə ballistik raket buraxıb

Türkiyədə çay tullantılarından kömür və gübrə əldə olunur

Vitkoff və Kuşnerin Moskvaya səfərinin təxirə salınmasının səbəbi açıqlanıb

Hörmüz boğazında neft tankeri minaya düşüb

İndoneziya sahillərində 5,8 bal gücündə zəlzələ baş verib

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

ABŞ Ukraynaya silah tədarükünü və kəşfiyyat məlumatlarının ötürülməsini dayandırmaqla hədələyir

Bill Qeyts süni intellekt səbəbindən kiberhücumların artacağını proqnozlaşdırır

Livanda İsrailin hücumları nəticəsində ölənlərin sayı 4387 nəfərə çatıb

“Bloomberg”: Səudiyyə Ərəbistanı Qərbin dəstəyindən narazıdır

İran: Hörmüz boğazında naviqasiya sistemlərini söndürən gəmilər cəzalandırılacaq

Oman sahillərində tankerə dron hücumu olub, iki dənizçi itkin düşüb

Özge Gürel: “44” filmindəki hekayədə var olduğum üçün qürur duyuram

Ukrayna Aİ-dən 3 milyard avro dəyərində hərbi dəstək alacaq

Azərbaycan üçün əsas məsələ etimadı və uzunmüddətli tərəfdaşlığı möhkəmləndirməkdir ŞƏRH

XXI Bakı Caz Festivalı İçərişəhərdə möhtəşəm konsert proqramı ilə başa çatıb

Avropa İttifaqı Ukraynaya raket və dronların alınması üçün əlavə vəsait ayıracaq

Premyer Liqa: "Mançester Siti" "Liverpul"u məğlub edib

Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub

Qazaxda yol qəzası: üç nəfər xəsarət alıb

Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub

Biləsuvardakı zəncirvari qəzada ölənin və xəsarət alanların kimliyi məlum olub YENİLƏNİB

Zelenski: Ukrayna enerji atəşkəsini dəstəkləyir və Rusiyanın da buna qoşulmasını vacib sayır

İsrail ordusu HƏMAS-ın elit bölməsinin komandirinin öldürüldüyünü açıqlayıb

Bu saata olan əsas xəbərlər

“Kür”ün baş məşqçisi: Komandamın oyunundan razıyam

Polşanın Baş nazirinə və müdafiə nazirinə təhdidlər göndərən şəxs saxlanılıb

Bakıdan Keşikçidağa: Arxeoloji tədqiqatlar və tarixi-mədəni irsə səyahət VİDEO

Bakıdan Keşikçidağa: Arxeoloji tədqiqatlar və tarixi-mədəni irsə səyahət VİDEO

Esma Muratoviç: İki əla oyun keçirdik və qələbə qazandığımız üçün çox qürurluyuq

Fərid Qayıbov: “Kür” komandasının qələbəsi həndbolumuzun inkişafına mühüm töhfə verəcək

Kənan Hüseynəliyev peşəkar rinqdə 13-cü qələbəsini qazanıb

Zelenski Ukraynada seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs şərti irəli sürüb

AFP: Ər-Riyadda partlayış baş verib

“Kür” Avropa Kubokunda növbəti mərhələyə yüksəlib

Culfa rayonunun kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

FHN Qəbələ-Xankəndi ultramarafonunda təhlükəsizliyi təmin edib

Premyer Liqa: “Qarabağ” 1000-ci oyununda qələbə qazanıb

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb VİDEO

Ömrünü sözə və sənətə həsr etdi - Ayaz Vəfalı

Naxçıvan Dövlət Kukla Teatrında “Yeddi şəhid, bir şahid” tamaşasının premyerası olub

Azərbaycanın Mərkəzi Asiya üçün strateji əhəmiyyəti ilbəil artır ŞƏRH

Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib