FERMER TƏSƏRRÜFATLARININ SAYI ARTIR
Ağdaşda fermer təsərrüfatlarının sayı ötən illə müqayisədə iki dəfə artmışdır. AZƏRTAC-ın müxbiri xəbər verir ki, pambıq əkini sahəsi 384 hektardan 1000 hektara, çəltik əkini 1200 hektardan 1305 hektara, taxıl əkini 10 min hektardan 13 min hektara çatmışdır. 300 hektar bələdiyyə mülkiyyətində isə daha məhsuldar toxum sortlarının yetişdirilməsi üçün fermerlərə lazımi şərait yaradılmışdır.