FERMERLƏR PAMBIQÇILIĞA DİQQƏTİ YENİDƏN ARTIRIRLAR
Azərbaycanın pambıqçılıq rayonlarından olan Ağsuda torpaq sahibləri, fermerlər pambıqçılığa diqqəti yenidən artırmışlar. Keçən il 390 hektar sahədə əkin aparan və 570 ton məhsul istehsal edən əməkçilər cari mövsümdə pambıq sahələrini 501 hektara çatdırmışlar. Hələlik 995 ton məhsul toplansa da yığım davam edir. Torpaq sahibləri ağır zəhmət bahasına yetişdirdikləri bu məhsulu son qozasınadək toplayıb təhvil vermək üçün səylə çalışırlar.
Ağsu rayon icra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, qarşıdakı bir neçə il ərzində pambıq əkini sahələrinin 1500-2000 hektara çatdıracağı gözlənilir. Fermerlər və özəl toraq sahibləri artıq yeni becərmə traktorlarının və aqreqatların alınması üçün maliyyə mənbəyi axtarırlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [14:33]
Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib
- 13.06.2026 [10:30]
AZAL Naxçıvana uçuşları bərpa edib
- 12.06.2026 [18:19]