REGİONLAR
FERMERLƏR YEM TƏDARÜKÜNÜ SÜRƏTLƏNDİRİRLƏR
Heyvandarlıq İsmayıllı rayonunda təsərrüfatın əsas sahələrindəndir. Hazırda burada 50.744 baş qaramal, 176.209 baş davar bəslənilir. Bu günlər fermerlər yaz qayğıları ilə yaşayırlar.
Rayon icra hakimiyyətinin aqrar şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, heyvandarlıqla məşğul olan sahibkarlar hər il olduğu kimi bu il də yem tədarükünə ciddi hazırlıqla başlamışlar. İndi hər yerdə ot biçilir, silos basdırılır. Bu işlərə 50-dək texnika cəlb olunmuşdur.
Havaların yağmurlu keçməsi nəticəsində biçənəklərdə və yonca sahələrində bol ot yetişmişdir. Bu isə fermerlərə 100 min tondan çox qaba yem tədarük etməyə imkan verəcəkdir.