Fevralın 3-də “Ferrari” haqqında yeni serialın premyerası olacaq
Bakı, 30 yanvar, AZƏRTAC
Formula 1 çempionatının “Ferrari” komandasının yeni maşını - “SF-24”ün təqdimatı fevralın 13-nə təyin olunub. Lakin bu tarixə 10 gün qalmış “Sky Sports” telekanalında Maranellodan olan komanda haqqında yeni sənədli serialın premyerası təqdim ediləcək. Bu şənbə günü 6 seriyadan ibarət filmin birinci hissəsi nümayiş etdiriləcək.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, “Sky Sports” jurnalistlərinin “Sky Italia”dəki italiyalı həmkarları ilə birgə hazırladıqları yeni iş “DiscoveRed” adlanır.
Hazırda Skuderiyada sənədli film yaradıcıları üçün istisna ediblər. Formula 1 komandasının işi ilə bağlı hər şeyi əhatə edən ənənəvi məxfilik ab-havasını nəzərə alsaq, bu, hətta təəccüb doğurur.
Sözsüz ki, filmdə Şarl Lekler və Karlos Saynsla, eləcə də “Ferrari” komandasının rəhbəri Frederik Vasserlə, texniki direktor Enriko Kardile və baş motorçu Enrike Qvaltyeri ilə müsahibələr yer alıb. İzləyici “Sky Sports”un çəkiliş qrupu ilə birgə Skuderiyanın Maranelloda bazasının müxtəlif departamentlərində, eləcə də məşhur “Ferrari” idman maşınlarının yığıldığı zavodda olacaq.
Serialın müxtəlif epizodlarında Qran-Pri günlərində yürüş briqadasına zəruri dəstəyi həyata keçirən “Remote Garage” adlı idarəetmə mərkəzini, aerodinamik trubanı göstərəcək, konstruktor bölməsinin və simulyatorun işi barədə söhbət açacaqlar.