FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir
Bakı, 18 avqust, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsi Kəlbəcər rayonu ərazisində inşa edilən Hərbi Hospital Kompleksində “Tikintidə yanğın təhlükəsizliyi” mövzusunda maarifləndirmə tədbiri keçirib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Fövqəladə Hallar Nazirliyinin Kəlbəcər rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları və tikinti aparan şirkətin fəhlə və qulluqçuları iştirak ediblər.
Tədbirdə tikinti ərazisinin təmiz vəziyyətdə saxlanmasının, ilkin yanğınsöndürmə alət və vasitələrindən istifadə üsulları, yanğın təhlükəsizliyi qaydaları haqqında ətraflı məlumat verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.