FHN-in maddi-texniki bazası getdikcə möhkəmlənir
Bakı, 16 may (AZƏRTAC). Fövqəladə Hallar Nazirliyinin (FHN) maddi-texniki bazası möhkəmləndirilir.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov demişdir.
Nazir bildirmişdir ki, Prezident İlham Əliyevin tapşırığı ilə FHN-in maddi-texniki bazasının daha da möhkəmləndirilməsi istiqamətində işlər davam etdirilir. Biz ən müasir texnika və avadanlığa yiyələnmək istəyirik. Çünki bu gün dünyada texnogen qəzaların, təbii fəlakətlərin artımı müşahidə olunur. Heç kim düşünməzdi ki, Yaponiya kimi zəlzələlərdən ehtiyatla qorunan bir ölkədə məlum hadisə baş verə bilər. Bu məsələ təkcə Yaponiyanın deyil, bütövlükdə dünyanın bir nömrəli probleminə çevrilmişdir.
K.Heydərov demişdir: “Azərbaycan da seysmik ərazidə yerləşir. Düzdür, bizdə təkanlar Yaponiyada və digər seysmik zonalardakı kimi fəal deyildir. Amma bunlardan sığortalanmaq üçün səmərəli tədbirlər görülməlidir və görülür. Biz hər yerdə qüvvələrimizi, xilasedicilərimizi yerləşdirməliyik ki, hər hansı təbii fəlakət baş verdikdə onun qarşısını tez və keyfiyyətlə almaq mümkün olsun”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]