FHN küləkli hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Bakı, 6 aprel, AZƏRTAC
Gecə saatlarından başlayaraq ölkə ərazisində güclü küləkli hava şəraiti müşahidə olunur. Bununla əlaqədar Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə müraciət edərək, ciddi zərurət olmadan küçəyə çıxmamağı tövsiyə edir.
FHN-dən AZƏRTAC-a daxil olan müraciətdə deyilir: “Əgər güclü külək sizi küçədə haqlayıbsa, yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durun, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmayın. Bu zaman yaxınlıqdakı binanın zirzəmisində və ya möhkəm tikilidə daldalanmağa çalışın”.
Həmçinin güclü külək zamanı xüsusilə açıq hava şəraitində baş verən yanğınların söndürülməsinin mürəkkəbliyi nəzərə alınaraq, FHN əhaliyə yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyi tövsiyə edir.
Unutmayın, qaydalara biganəlik - həyatımıza təhlükədir!
Təhlükə zamanı “112”-yə zəng edin!
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]