CƏMİYYƏT
FHN: Qanunsuz tikintinin qarşısı alınıb VİDEO
Bakı, 25 fevral, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən respublika ərazisində qanunsuz tikintilərlə bağlı birgə tədbirlərin həyata keçirilməsi davam etdirilir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu çərçivədə Gəncə şəhərinin Cavadxan qəsəbəsi ərazisində qanunsuz tikinti işlərinin aparılması faktı aşkarlanıb.
FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndələrinin həyata keçirdikləri müvafiq tədbirlər nəticəsində qanunsuz tikinti işləri dayandırılıb və obyekt sökülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.05.2024 [19:51]
Əlilliyi olan 225 gəncə peşə və sosial reabilitasiya xidmətləri göstərilib
- 21.05.2024 [19:31]
ABŞ-ın Men ştatının nümayəndə heyəti ilə görüş keçirilib
- 21.05.2024 [19:10]
Masallıda Ombudsman Aparatı və BQXK tərəfindən seminar təşkil olunub
- 21.05.2024 [18:12]