FİDEL KASTRO YUYUCU TOZDAN NİYƏ QORXUR?
Məsələn, mühafizəçinin sözlərinə görə, Kastro geyindiyi alt paltarı yandırmağı əmr edirdi, çünki dəyişək yuyulan zaman kimyəvi maddələrdən istifadə olunmaqla həyatına sui-qəsd törədilməsi ehtimalından bərk qorxurdu. Fernandes söyləmişdir ki, Kastro xüsusi hazırlanan vetçinanın böyük həvəskarıdır, vetçina almaq üçün onu İspaniyaya xüsusi olaraq göndərirdi, çünki bu yeməyin idxalını çox təhlükəli hesab edirdi.
Sabiq cangüdən Kuba hökumətinin bəzi siyasi sirlərini də açmışdır. O demişdir ki, Kastronun qardaşı, onun ən çox ehtimal olunan varisi sayılan və hazırda Kuba ordusunun baş komandanı vəzifəsini yerinə yetirən Raul onun ölümündən sonra rejimi dəyişdirmək qərarındadır. Hesabında dövlət fondlarından oğurlamış milyonlarla dollar olan Raul iqtisadi islahatlar aparmağı planlaşdırır, belə ki, bu zaman o, öz cinayətlərinin izlərini itirə bilər. Bundan sonra o, hesabındakı vəsaitin faizlərinə öz ailəsi ilə rahat və firavan yaşamaq üçün istefa verməyi qərara almışdır. Fernandesin sözlərinə görə, şəxsən o, ağzınadək pul doldurulmuş çamadanları “azadlıq adası”ndan xaricə dəfələrlə aparmışdır. Onları xaricə aparmağı Kastronun qardaşları xahiş edirdilər.
44 yaşlı Fernandes Kubadan 1999-cu ildə getmişdir, çünki özünün dediyinə görə, “rejimdən məyus olmuşdur”. O, əvvəlcə İspaniyada yaşamış, sonra ABŞ-ın Florida ştatına köçmüşdür. Bu müddət ərzində Devid Bekhem, Antonio Banderas və Melani Qriffit kimi məşhur adamların mühafizəçisi işləmişdir.