FIFA simulyasiyaların sayını və vaxt itkisini azaltmaq üçün futbola yeni qayda gətirir
Bakı, 5 dekabr, AZƏRTAC
FIFA futbolda simulyasiyaların qarşısını almaq və oyunun tempini qorumaq üçün yeni qayda tətbiq etməyə hazırlaşır.
AZƏRTAC xəbər verir ki, bu məqsədlə oyun zamanı tibbi müdaxiləyə ehtiyac duyan futbolçu meydana daxil olmaq üçün 2 dəqiqə gözləməli olacaq.
Yenilik vaxt aparmaq üçün özünü yalandan zədəli kimi göstərən futbolçuları fikirlərindən daşındırmaq məqsədi daşıyır. Amma yeni qayda qapıçıya müdaxilə edildiyi və baş hakim kobudluğa yol verən futbolçuya vərəqə göstərdiyi vaxt tətbiq olunmayacaq.
Qayda bu il Qətərdə keçiriləcək Ərəb Kubokunda ilk dəfə sınaqdan keçiriləcək.
FIFA Hakimlər Komitəsinin prezidenti Pyerluici Kollina bildirib ki, yeni qayda simulyasiyaların sayını azaltmağı, futbolu daha dinamik, ədalətli və əyləncəli etməyi nəzərdə tutur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [12:39]
Azərbaycanın idman gimnastı Parisdə bürünc medal qazanıb
- 28.09.2026 [12:26]
Arif Əsədov: Millimizin qrupda birinci olmaq üçün yaxşı şansı var
- 28.09.2026 [12:18]
“İnter” Hakan Çalhanoğlunun maaşında endirim istəyir
- 28.09.2026 [11:58]
Azərbaycan və Türkiyə şahmat sahəsində əməkdaşlığı genişləndirəcək
- 28.09.2026 [11:00]
UEFA Millətlər Liqası: Türkiyə bu gün İtaliyanı sınağa çəkəcək
- 28.09.2026 [10:37]
Yürgen Klopp Almaniya millisində antirekorda imza atıb
- 28.09.2026 [10:22]
ABŞ-dən olan basketbolçu Azərbaycan klubuna qayıdıb
- 28.09.2026 [10:21]