Filarmoniyada iki konsert dahi bəstəkar Qara Qarayevin xatirəsinə ithaf ediləcək
Bakı, 29 yanvar, AZƏRTAC
Görkəmli bəstəkar, Xalq Artisti Qara Qarayevin 100 illiyi çərçivəsində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında konsert proqramları təqdim olunacaq.
AZƏRTAC xəbər verir ki, konsertlər Mədəniyyət və Turizm Nazirliyi və Filarmoniyanın təşkilatçılığı ilə gerçəkləşəcək. İlk konsert proqramı fevralın 5-də təşkil ediləcək. Xalq Artisti Rauf Abdullayevin bədii rəhbərliyi və Əməkdar İncəsənət Xadimi Elşad Bağırovun dirijorluğu ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edəcək.
Növbəti konsert proqramı isə fevralın 6-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının nəzdində olan kamera və orqan musiqi zalında reallaşacaq. Konsert Xalq Artisti Teymur Göyçayevin dirijorluğu ilə Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin ifasında musiqilərlə müşayiət olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.06.2023 [11:42]
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
- 19.06.2023 [07:12]
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
- 03.04.2023 [15:26]
“Şuşanın tanınmış soyları”: Mirzə Sadıqcan
- 03.04.2023 [15:14]
Filarmoniyada Abonement konsertlər təşkil edilib
- 30.03.2023 [15:25]
Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
- 30.03.2023 [14:57]