Filarmoniyada İsmayıl Şıxlının xatirəsi yad olunacaq
Bakı, 15 may, AZƏRTAC
Mayın 30-da M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında görkəmli ədib, Xalq yazıçısı İsmayıl Şıxlının 100 illiyinə həsr edilmiş tədbir keçiriləcək.
Filarmoniyadan AZƏRTAC-a bildirilib ki, tədbir Prezident İlham Əliyevin ədibin 100 illiyinin qeyd edilməsi haqqında imzaladığı müvafiq Sərəncama uyğun olaraq təşkil olunacaq.
Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi və Filarmoniyanın birgə təşkilatçılığı ilə reallaşacaq tədbir çərçivəsində Xalq yazıçısının həyat və yaradıcılığından danışılacaq, Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətləri vurğulanacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [16:27]
Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub
- 13.06.2026 [11:55]
Ankarada “Səda” musiqi kurslarının hesabat konserti təşkil edilib
- 12.06.2026 [23:20]