Finlandiya nəşrində Azərbaycan səfirinin COP29-da təşəbbüslər haqqında məqaləsi dərc edilib
Stokholm, 22 oktyabr, Nərgiz Cəfərli, AZƏRTAC
Finlandiyanın “Maaseudun Tulevaisuus” qəzetində Azərbaycanın Norveç, İsveç, Finlandiya və Danimarkadakı səfiri Zaur Əhmədovun bu ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) çıxış edəcək Azərbaycanın təşəbbüslərinə həsr olunmuş növbəti məqaləsi dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalədə neft və qaz ehtiyatları ilə tanınan Azərbaycanın bərpaolunan enerji mənbələrinə (BEM) keçidinə rəhbərlik etməyi və 2030-cu ilə qədər enerjinin 30 faizini BEM-dən almağı öhdəsinə götürdüyü qeyd edilir. Bundan əlavə, ölkə bir daha iqlim dəyişmələri ilə mübarizəyə sadiqliyini təsdiq edərək, Avropaya yaşıl enerji ixrac etməyi planlaşdırır.
Zaur Əhmədov, həmçinin köhnəlmiş 100 milyard dollarlıq hədəfi əvəz edəcək iqlim maliyyəsi üzrə Yeni Kollektiv Kəmiyyət Məqsədi (NCQG), COP29-un keçirilməsi zamanı atəşkəs və harmoniya “Climate Initiative” kimi Azərbaycan təşəbbüsləri haqqında danışıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [11:17]
Azərbaycan Prezidenti: Müasir ideoloji işlər aparılmalıdır
- 02.10.2026 [11:00]
Azərbaycan Prezidenti: Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır
Bu saata olan əsas xəbərlər
- [12:01]
"ADEX 2026" davam edir
- [11:23]
Xorvatiyada Azərbaycan musiqisi gecəsi təşkil olunub
- 01.10.2026 [23:51]
“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb
- 01.10.2026 [23:23]
“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir
- 01.10.2026 [23:18]