FİNLANDİYA SİLAHLI QÜVVƏLƏRİNİN NÜMAYƏNDƏ HEYƏTİ AZƏRBAYCANA GƏLMİŞDİR
Finlandiya Silahlı Qüvvələrinin müfəttişlərindən ibarət nümayəndə heyəti Azərbaycana gəlmişdir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə demişlər ki, müfəttişlərin vəzifəsi etimad tədbirlərinin möhkəmlənməsinə dair “Vyana-99” sənədini imzalamış dövlətlərin ərazisində aparılan hərbi tədbirlər haqqında məlumatların həqiqətə uyğun olub-olmadığını yoxlamaqdır. Səfər martın 18-dən 21-dək davam edəcəkdir. Belə yoxlamalar 2002-ci ildə Sloveniyada, Polşada, Almaniyada, Belarusda və Finlandiyanın özündə də aparılmıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [18:01]
Şuşa Bəyannaməsi: Zəfər rəmzindən yeni regional nizamın formalaşmasına doğru
- 15.06.2026 [17:00]