Azərbaycan Dövlət İnformasiya Agentliyi

Firəngiz Mütəllimova: Çəkiliş zamanı Yaşar mənim yerimə ağladı... MÜSAHİBƏ

Firəngiz Mütəllimova: Çəkiliş zamanı Yaşar mənim yerimə ağladı... MÜSAHİBƏ

Bakı, 2 fevral, Gülay Nəzərova, AZƏRTAC

“Sən yaxşı qızsan, Gülnar...” - bu sözlər hər birimizin xatirində dərin iz salan “Səni axtarıram” tamaşasındandır. Həmin tamaşa ki, onu bir gecənin içərisində məşhur etdi, ona minlərlə tamaşaçı sevgisi qazandırdı. O, təpədən-dırnağa səmimiyyətlə, mehribanlıqla yoğurulmuş insandır, canı ilə, qanı ilə şuşalıdır. Bütün qəlbi ilə əsl aktrisadır. O, həmişə yaxşı qız olan Akademik Milli Dram Teatrının aktrisası, Xalq artisti Firəngiz Mütəllimovadır.

AZƏRTAC sevimli aktrisa ilə müsahibəni təqdim edir:

- Əvvəlcə gəlin Firəngiz Mütəllimovanın böyüdüyü mühitdən danışaq...

- Müəllim ailəsində doğulmuşam. Üç bacı, bir qardaş olmuşuq. Atam, anam, qardaşım rəhmətə gedib. Böyüdüyüm mühit elədir ki, indi də çox şeylər vərdiş halında qalıb. Məsələn, lazım olmayanda işığı söndürmək, bir yerə gecikməmək və bəzi şeylər... Bunlar, yəqin ki, müəllim ailəsində böyüdüyümə görə, o aldığım təlim-tərbiyədən irəli gəlir. Sadə bir ailədə böyümüşəm. Uşaqlığımın çox gözəl keçdiyini deyə də bilmərəm. Yəni, hər bir uşaq kimi xoş günlərim də olub, qəmli günlərim də... Uşaq yaşlarında hər halda hər kəs özünü xoşbəxt hiss eləyir. Mən də arzularla yaşayırdım, ağlım kəsəndən isə aktrisa olmağa qərar verdim. Çünki “Vaqif” kinoteatrı Şuşada bizim məhəlləmizdə yerləşirdi. Mən demək olar ki, hər gün gedib filmlərə baxırdım. Hətta içəri girə bilməyəndə qapıdan filmin bəzi yerlərinə qulaq asırdım. Bax, uşaqlığım belə keçib.

- Şuşalı Firəngizin Şuşasız günləri necə keçdi?

- Hər yay və qış tətillərində Şuşaya gedirdim. Atamın 60 illik yubileyini öz müəllim yoldaşları ilə evimizdə qeyd etdik. Sonra mən Şuşadan çıxdım, elə həmin il Şuşa işğal olundu. O hissləri dillə ifadə etmək olmur. Şuşa işğaldan azad olunan günə qədər mən hər gecə yuxumda görürdüm ki, məhəlləmizdə qaçıram, nəyisə axtarıram. Bütün verilişlərdə də ancaq Şuşa haqqında danışırdım ki, qayıdacağıq. Bəzən inanırdım, bəzən isə inanmırdım. Sosial şəbəkələrdə ermənilərin Şuşada çıxardıqları oyunları görəndə çox pis olurdum. Allah bütün əsgərlərimizə cansağlığı versin, şəhidlərimizə rəhmət eləsin.

Biz şanlı tarixi canlı yaşadıq. Dövlətimizin başçısına torpaqlarımızın işğaldan azad olunmasına görə təşəkkür edirəm. Otuz ildən sonra mən Şuşaya qayıdanda keçirdiyim hissləri anlada bilmirəm. Şuşanın daşı, torpağı, hər qarışı mənə əzizdir. Mən Şuşanı sanki beş yaşında uşağı qoyub gedən ana kimi bağrıma basıb sakitcə içimdə ağlayırdım...

Müzəffər Azərbaycan Ordusu tərəfindən qala şəhərimiz azad olunduqdan sonra dəfələrlə Şuşaya getmişəm. Hər dəfə gedəndə Şuşanı tam yeni, müasir, gündən-günə inkişaf edən görürəm. Hazırda işğaldan azad olunmuş bütün ərazilərimizdə olduğu kimi, qədim Şuşamızda da tikinti işləri aparılır, yeni binalar ucaldılır, hotellər, məktəblər, xəstəxanalar tikilir, qədim abidələrimiz bərpa olunur. Hər şey, hətta yollar belə yenilənir. Bunların hamısı məni sevindirir. Mənim üçün ən vacibi o idi ki, Qarabağ bizə geri qayıtsın, ona düşmən ayağı dəyməsin. O da şükür ki, indi belədir.

- Bir çox teatr və televiziya tamaşalarında rol almısınız. Peşəkar tamaşaçı kimi onları izləyəndə sizdə hansı düşüncələr canlanır?

- İlk dəfə həyəcanla izlədiyim “Səni axtarıram” televiziya tamaşası olub. Çünki bu, çəkildiyim ilk televiziya tamaşası idi. Tamaşanın necə alındığı, tamaşaçının bunu necə qarşılayacağı mənə çox maraqlı idi. İlk televiziya tamaşası idi ki, açıq havada çəkilişlər aparılmışdı. Düşünürdüm ki, görəsən necə alınacaq? Nəticə olaraq çox gözəl alındı. İndiyə qədər də mənə Gülnar deyirlər. Mərhum Yaşar Nuriyə də hamı Elçin deyirdi. Biz bu adı indiyə qədər tamaşaçıların qəlbində, yaddaşında, ürəyində, sevgi dolu dillərində saxlaya bildik. Sonrakı tamaşalarımın da hamısına baxmışam. Baxıb deyirəm ki, bunu gərək belə eləməzdim, elə edərdim. Amma hər zamanın bir hökmü var.

-“Səni axtarıram” tamaşası, sizi məşhurlaşdıran Gülnar obrazı, rəhmətlik Yaşar Nuri... O illəri indi necə xatırlayırsınız?

- Hələ tələbə ikən Yaşar Nuri mənim ən sevdiyim aktyorlardan biri idi. Mən onun yaradıcılığını izləyirdim, tamaşalara gedirdim. Universitetdə oxuyanda onu tez-tez görürdüm, orada dərs deyirdi. Yaşar həmişə məni görəndə soruşurdu ki, “Sən Ofelya Sənaninin qohumusan?”. Deyirdim xeyr. Hər dəfə bu sualı mənə verirdi. Bilmirdim, nəyə görə verir, yəqin oxşadırdı. Sonra “Səni axtarıram” tamaşasında eşitdim ki, Yaşar Nuri ilə tərəf müqabili olacağam. Çox sevindim. İlk məşqlərdə bir az utanırdım və deyə bilərəm ki, Yaşarın bu rolda mənə dəstəyi böyük oldu. Yaşar bənzərsiz aktyor idi. Çəkiliş zamanı sevimli rejissorumuz Tariyel Vəliyev məni bu rola dəvət etməsinin səbəbini belə açıqladı: “Çoxları deyir ki, o qız aparıcı olub, televiziyada veriliş aparıb, üzü tanışdı. Mən Firəngizi bu rola ona görə dəvət etmişəm ki, onun qeyri-adi gülüşü var. O gülüş bəzən insanı əsəbiləşdirir”. Tamaşada çox həyəcan keçirdim. O vaxt belə deyildi ki, kim nə gəldi çəksin. Tam fərqli idi...

Mərhum Aslan Qəhrəmanov çəkilişlərə başlayan kimi əlini stola vuraraq dedi ki, bu, elə mənim axtardığım Gülnardır. Çünki Elçin rolu məxsusi Yaşar üçün yazılmışdı. Bilmirdim ki, bu tamaşa bizə bu dərəcədə şöhrət gətirəcək. Biz o şöhrəti indiyə qədər çiynimizdə, ürəyimizdə, xalqın yaddaşında daşıyırıq. Bu da Allahın bir lütfüdür. Mənim televiziyada ilk tamaşam “Səni axtarıram”, sonra “Bağışla” və “Səndən xəbərsiz” oldu.

Çəkilişlər zamanı Yaşarla unudulmaz xatirələrim olub. Biz Botanika bağında çəkilişlərdə hava soyuq olduğundan üşüyürdük. Yaşar deyirdi ki, döz. Bəzi kadrlar alınmayanda mən narahat olurdum. Hətta bir yer var idi ki, mən ağlamalı idim. İndi dillər əzbəri olan bu söz - “Sən yaxşı qızsan, Gülnar”. Həmin yerində ağlaya bilmədim. Döndüm ki, Yaşarın yanağından yaş süzülür. Mənim yerimə ağladı. O da çox təsirli alınmışdı. Hətta bəzən Yaşar əsəbiləşirdi ki, sənə demişəm, gözümün içinə bax, amma bu dərəcədə də yox. Yarı zarafatla, yarı ciddi...

- Hazırda hansı tamaşa və ya film üzərində çalışırsınız?

- Hazırda heç bir film, tamaşa üzərində çalışmıram. Çünki mən ötən il çox böyük bir stres yaşadım. Özümə əkiz kimi saydığım, bir partada oturduğum çox yaxın qardaşımı itirdim. Ürəyimdə indi də ağır yükdür. Mən elə bilirəm ki, o yanımdadır, hər an, hər dəqiqə onu hiss eləyirəm. Özümə ümumiyyətlə söz verdim ki, sadəcə, “Azərbaycanfilm” kinostudiyasından və Azərbaycan televiziyasından gözəl tarixi çəkilişlər üçün dəvət alsam gedəcəyəm.

- Müsahibələrinizdən birində ən böyük arzunuzun Şuşada səhnəyə çıxmaq olduğunu söyləmisiniz. Bununla bağlı təklif almısınızmı?

- Bəli, ən böyük arzum Şuşada səhnəyə çıxmaqdır. Biz “Qarabağnamə” tamaşası ilə Şuşaya getməli idik. Həmin vaxt şəhidlərimiz oldu və biz getmədik. Şuşa Dövlət Musiqili Dram Teatrı Şuşaya yerləşəndə əgər dəvət alaramsa, böyük məmnuniyyətlə gedərəm. Dəvət olmasa da, yəqin ki, Akademik Milli Dram Teatrının bir tamaşası ilə qala şəhərimizdə mütləq səhnəyə çıxacağam. Ən əsası odur ki, doğma, əziz Şuşam bu gün azaddır və mən heç orada səhnəyə çıxmasam da, Cıdır düzünə qalxıb hansısa tamaşadan bir monoloqumu deyə bilərəm. Özü də ürəklə...

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır