Fizika fənni üzrə test tapşırıqlarının elmi-metodiki təhlili aparılır
Bakı, 21 noyabr (AZƏRTAC). Fizika fənni üzrə elmi-metodiki seminarın növbəti iclası olmuşdur.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) AZƏRTAC-a bildirmişlər ki, müəllimlərin və metodistlərin iştirak etdikləri seminar iclasında 2013-cü ildə ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanında birinci ixtisas qrupunda istifadə olunmuş fizika fənni üzrə test tapşırıqlarının elmi-metodiki təhlili aparılmışdır.
Test tapşırıqlarının məzmunu, abituriyentlərin cavab verməkdə çətinlik çəkdiyi, yaxud yanlış cavablandırdığı suallar müzakirə edilmişdir.
TQDK-nın regional bölmələrində həmin bölgələri təmsil edən müəllimlər də videobağlantı vasitəsilə fikirlərini söyləmişlər.
Test tapşırıqlarının elmi-metodiki təhlili davam etdiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]