FONDEL METAL “AZƏRALÜMİNİUM” ASC İŞÇİLƏRİNİN ƏMƏK HAQLARINI ARTIRMIŞDIR
“Azərbaycan Alüminium” Açıq Səhmdar Cəmiyyətinin uzunmüddətli idarəetməyə götürmüş Hollandiyanın Fondel Metal Particirations S.A. şirkəti, SC-nin Gəncə və Sumqayıt şəhərlərində çalışan bütün işçilərinin əmək haqqının artırılması barədə qərar qəbul etmişdir. Şirkətin Azərbaycandakı nümayəndəliyindən AZƏRTAC-a bildirmişlər ki, Gəncə Gil-Torpaq Sahəsi (GTS) işçilərinin maaşı adambaşına 100 min manat, Sumqayıt Alüminium Sahəsi (SAS) işçilərinin maaşı isə 200 min manat artırılmışdır. Özü də maaşların artımı sentyabrın 1-dən tətbiq edilir. Hazırda “Azəralüminium” ASC-də 3400-ə yaxın adam işləyir. Bunun 2700-ü Gəncə GTS-də, 650-si SAS-da çalışır, qalanı isə müvəqqəti olaraq işləməyən Daşkəsən Alunit Mədəni İdarəsinin işçiləridir. Yaxın iki ildə qoyulacaq əlavə sərmayələr sayəsində işçilərin sayı 5400-ə çatacaqdır. Gəncə GTS-də orta əmək haqqı 700 min manat, Sumqayıtda isə 740 min manatdır.
İşçilərin maaşlarının artırılması haqqında qərar Baş nazir İlham Əliyevin bu müəssisələrin işi ilə tanış olmasından sonra qəbul edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [14:33]
Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib
- 13.06.2026 [10:30]
AZAL Naxçıvana uçuşları bərpa edib
- 12.06.2026 [18:19]