Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülüb
Bakı, 10 yanvar, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsini davam etdirir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu çərçivədə, İmişli rayonunun Xubyarlı kəndi ərazisində su fonduna aid torpaq sahəsində fiziki şəxs tərəfindən qanunsuz tikinti işlərinin aparılması faktı aşkarlanıb.
Agentlik tərəfindən rayon icra hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikili sökülüb.