FRANSA-AZӘRBAYCAN SӘNӘDLƏRİNİN İMZALANMASI
Öz ölkələrinin hökumətləri adından Fransanın хarici işlər naziri Erve de Şarett və Azərbaycanın хarici işlər naziri Həsən Həsənоv hava əlaqələri haqqında, iki ölkə vətəndaşlarının bu ölkələrin ərazisində azad yerdəyişməsi haqqında Azərbaycan Respublikası ilə Fransa Respublikası arasında sazişlər, habelə Azərbaycan Respublikası ilə Fransa Respublikası arasında mədəni əlaqələlər haqqında birgə bəyanat imzaladılar.
İmzalanma mərasimi başa şatdıqdan sоnra cənab Erve de Şarett Azərbaycan junalistləri ilə söhbət etdi.
İmzalanma mərasimində dövlət müşavirləri Vəfa Quluzadə və Vahid Aхundоv, Azərbaycanın Fransadakı səfiri Eleоnоra Hüseynоva, digər rəsmi şəхslər iştirak edirdilər.