Fransada elektrik enerjisinin qiymətinin artması zavodların bağlanmasına aparır
Paris, 21 oktyabr, AZƏRTAC
Fransada elektrik enerjisinin qiymətinin artması ölkədə bəzi müəssisələr üçün böyük problemlər yaradıb.
AZƏRTAC xəbər verir ki, ölkədə enerji qiymətlərinin artımı sahibkarlıq və sənaye sahələrində fəsadlar yaradıb. Ölkədə bəzi fabriklər və zavodlar elektrik enerjisi baha olduğu üçün bağlanır. Belə fabrik və zavodlar üçün artıq seçim olmadığı bildirilir. Bağlanmaq üzrə olan zavodlar arasında ən çox elektrik enerjisi istehlak edən poladəritmə zavodu da var. Elektrik enerjisinin qiymətinin artması fransız poladının rəqabət qabiliyyətini azaldır.
Zavodun 500 işçisi xərclərin artmasına baxmayaraq, istehsalın saxlanmasına ümid edirlər. Onlar vəziyyətdən çıxmaq üçün zavodun gecə elektrik enerjisinin istehlakının qeyri-pik saatlarında işləməsi ideyasını irəli sürüblər. Fransada elektrik enerjisinin qiyməti gündüzlər daha baha, gecələr isə ucuz olduğu üçün işçilər gecə işləməklə işlərini saxlamağa ümid ediblər.
Zavodun elektrik enerjisi üzrə məsul rəhbəri elektrik enerjisinin qiymətinin belə sürətlə qalxacağını gözləməyib. “Zavod bazardan elektrik enerjisinin 1 meqavat saatını orta hesabla 50-60 avroya alırdı, ancaq sentyabrda bir gün ərzində qiymət 300 avroya qədər yüksəlib”, - deyə zavodun elektrik enerjisi üzrə məsul rəhbəri bildirib. Beləliklə, elektrik enerjisinin qiymətinin artması zavodların bağlanmasına apardığı bildirilib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [15:08]
Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib
- 15.06.2026 [15:01]
G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb
- 15.06.2026 [14:37]
Türkiyənin XİN başçısı sabah Rusiyaya səfər edəcək
- 15.06.2026 [14:29]
Belçika Hörmüz boğazının tezliklə yenidən açılacağına ümid edir
- 15.06.2026 [12:21]
Myanma Prezidentinin Çinə səfəri başlayıb
- 15.06.2026 [12:03]
Çin eyni raketlə orbitə 8 peyk çıxarıb VİDEO
- 15.06.2026 [12:02]
Höteborqda son on ildə evsizlərin sayı təxminən iki dəfə azalıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]
Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb
- 14.06.2026 [23:02]
Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb
- 14.06.2026 [22:29]
Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək
- 14.06.2026 [22:25]
Putin və Tramp arasında telefon danışığı olub
- 14.06.2026 [22:05]