FRANSADA KİMYA TƏMAYÜLLÜ MƏKTƏBDƏ GÜCLÜ PARTLAYIŞ BAŞ VERMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Fransada O-Rən departamentinin Müluz şəhərindəki kimya təmayüllü məktəbdə güclü partlayış baş vermişdir.
Hadisə yerinə gəlmiş təcili yardım işçilərindən biri partlayış zamanı çoxlu adamın həlak olduğunu bildirmişdir. 150 nəfərin həyatını xilas etmək mümkün olmuş, onlarla insan isə itkin düşmüşdür. Partlayış kimya təcrübələrinin aparıldığı otaqda baş vermişdir.
Xilasedicilər ikimərtəbəli binanın uçuqları arasında axtarışları davam etdirirlər.