Fransanın Baş naziri koronavirusa yoluxub
Paris, 23 noyabr, AZƏRTAC
Fransanın Baş naziri Jan Kasteks koronavirusa yoluxub. Sosial şəbəkələrdə fransızları virus əleyhinə qaydalara riayət etməyə çağıran Baş nazir tənqid atəşinə tutulub.
AZƏRTAC xəbər verir ki, o, sanitar qaydalara riayət etməməkdə günahlandırılaraq, çoxsaylı tənqid şərhlərinin hədəfinə çevrilib.
Hökumət sözçüsü Qabriel Attala isə tənqidlərə “hamımız insanıq, bəzən diqqətsizlik, boşluq ola bilər”, - deyə cavab verib.
J.Kasteks 11 yaşlı qızının koronavirus testi müsbət olduqdan dərhal sonra PCR testi verib və onun da testinin nəticəsi müsbət olub.
Baş nazir koronavirus testi verməmişdən bir gün öncə ölkənin əksər nazir və dövlət katibləri ilə görüşmüşdü.
Qeyd edilib ki, J.Kasteks cari ilin mart və iyun aylarında 1-ci və 2-ci doza “AstraZeneca” peyvəndi vurdurub. O, xəstəliyi yüngül keçirir. Belə ki, yaxınlarının verdiyi məlumata əsasən, onda xəstəliyin yüngül əlamətləri, xüsusilə də öskürək var.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [12:03]
Konqoda Ebola virusuna yoluxanların sayı 808 nəfərə çatıb
- 16.06.2026 [11:59]
Moskva ilin əvvəlindən bəri ən kütləvi dron hücumuna məruz qalıb
- 16.06.2026 [11:53]
Özbəkistan 28 növ nadir mineralın sənaye istehsalını təşkil edəcək
- 16.06.2026 [11:47]
Media: Hörmüz boğazında gəmiçiliyin bərpası bir ay çəkə bilər
- 16.06.2026 [11:45]
Böyük Britaniya Rusiya əleyhinə sanksiyalar siyahısını genişləndirib
- 16.06.2026 [11:39]
Alimlər Fərat çayının qədim mənşəyini araşdırırlar
- 16.06.2026 [11:25]
Alimlər kosmosda həyat axtarışı üçün yeni metod hazırlayıblar
- 16.06.2026 [11:15]
Fransa Hörmüzdə minatəmizləmə əməliyyatlarına qoşula bilər
- 16.06.2026 [11:12]