Fransanın Konyak şəhərində keçirilən görüşlərdə Azərbaycanla əməkdaşlığın perspektivləri müzakirə olunub




Konyak, 28 mart, AZƏRTAC
Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayevin bu ölkənin cənub-qərb regionuna səfəri çərçivəsində Konyak şəhərinin meri Mişel Qurənşa ilə görüşündə əməkdaşlığın perspektivləri müzakirə olunub.
Səfir və mer Jarnak kommunasında dəfn olunmuş sabiq Prezident Fransua Mitteranın məzarı üzərinə əklil qoyublar. Xatırladaq ki, ulu öndər Heydər Əliyev 1993-cü ildə Azərbaycan Prezidenti seçildikdən sonra Mitteranın dəvəti ilə Fransaya səfər edib.
Səfər çərçivəsində Konyak, Anqulem və Sənt şəhərlərinin seçilmiş üzvləri ilə görüş olub. Görüşdə Azərbaycan haqqında məlumat verilib. Bu il Azərbaycanda qadınlara səsvermə hüququnun verilməsinin 100 illiyinin qeyd olunduğu bildirilib və bu məqsədlə birgə layihələrin həyata keçirilməsinə dair müzakirələr aparılıb.
Səfir Azərbaycanın Fransadakı səfirliyinin və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə Tovuz və Konyak şəhərlərinin qardaşlaşmasının ilk layihəsi çərçivəsində Məhsəti Gəncəvinin Konyak meriyasının bağında ucaldılmış heykəlini də ziyarət edib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Konyak
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.04.2025 [16:34]
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
- 17.04.2025 [15:57]