Fransız kinorejissoru Jan-Klod Brisso 74 yaşında vəfat edib
Bakı, 12 may, AZƏRTAC
“Səs və qəzəb”, “Ağ toy” filmləri ilə tanınan fransız kinorejissoru Jan-Klod Brisso mayın 11-də Parisdə 74 yaşında vəfat edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Monde qəzetinə rejissorun ailəsindən məlumat veriblər. France-Press agentliyi isə öz növbəsində kinematoqrafçının yaxınlarına istinadla onun uzun sürən xəstəlik nəticəsində xəstəxanada vəfat etdiyini bildirib.
Brisso Kann kinofestivalının iki mükafatını alıb - 1988-ci ildə “Səs və qəzəb”, 2003-cü ildə isə “Gizli ehtiras” filmlərinə görə xüsusi mükafatlara layiq görülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [18:20]
Tarixdən süzülən zəriflik – Xan qızının geyim irsi VİDEO
- 11.06.2026 [16:37]
“Maqadan: Sonuncu dayanacaq” kitabı təqdim olunub
- 11.06.2026 [15:48]
Rus Dram Teatrında immersiv tamaşa: “Neft, tamah və milyonlar səltənətində”
- 11.06.2026 [15:41]
Musiqili Uşaq Teatrı studiyasının təqdimatında tamaşa
- 11.06.2026 [15:07]
Ustadların irsi – Varislərin səsi
- 11.06.2026 [14:43]