Futbol üzrə Azərbaycan kuboku: “Keşlə” və “Neftçi” ilk oyunda qələbə qazanıblar
Bakı, 12 aprel, AZƏRTAC
Aprelin 12-də futbol üzrə Azərbaycan kuboku uğrunda yarışların yarımfinal mərhələsinin ilk oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, ilk oyunda “Keşlə” komandası “İnter Arena”da “Səbail” klubunu qəbul edib. Matç ev sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb. “Keşlə”nin heyətində Sezar Meza Kolli matçın əsas vaxtına əlavə edilən hissənin 2-ci dəqiqəsində komandasına qələbə qazandıran topu rəqib qapısından keçirib - 1:0.
Digər oyunda isə gözlənilməz nəticə qeydə alınıb. “Qəbələ” komandası doğma meydanda “Neftçi” klubuna 1:2 hesabı ilə məğlub olub. “Neftçi” komandası 29-cu dəqiqədə Lukas Qomezin qolu ilə hesabı açıb. İlk hissənin sonunda - 44-cü dəqiqə Namiq Ələsgərov hesab arasındakı fərqi artırıb - 0:2.
Qəbələlilər yalnız oyunun əsas vaxtına əlavə edilmiş hissənin 1-ci dəqiqəsində Stiven Monrozun qolu ilə hesab arasındakı fərqi azaltmağa nail ola biliblər.
Beləliklə, “Keşlə” və “Neftçi” futbol üzrə Azərbaycan kuboku uğrunda yarışın ilk mərhələsində qələbə qazanmaqla cavab qarşılaşmaları üçün sərfəli nəticə əldə ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [12:12]
UEFA Millətlər Liqası: Azərbaycan – Litva matçının hakimləri bəlli olub
- 02.10.2026 [12:07]
Elmar Baxşıyev: Milli komanda son iki oyunda hamının fikrini dəyişə bilər
- 02.10.2026 [10:09]
Üzgüçülük üzrə Dünya Kubokunda ikinci yarış gününə start verilib
- 02.10.2026 [10:03]
UEFA Millətlər Liqası: Türkiyə yığması bu gün Belçika ilə qarşılaşacaq
- 02.10.2026 [09:50]
Cüdo üzrə Azərbaycan millisinə ukraynalı idmançı cəlb olunub - EKSKLÜZİV
- 01.10.2026 [22:55]
Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır
Bu saata olan əsas xəbərlər
- [12:01]
"ADEX 2026" davam edir
- [11:23]
Xorvatiyada Azərbaycan musiqisi gecəsi təşkil olunub
- 01.10.2026 [23:51]
“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb
- 01.10.2026 [23:23]
“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir
- 01.10.2026 [23:18]