Futbol üzrə dünya çempionatının püşkü atılacaq
Bakı, 5 dekabr, AZƏRTAC
Bu gün ABŞ, Kanada və Meksikanın 2026-cı ildə ev sahibliyi edəcəyi dünya çempionatının final mərhələsinin püşkatma mərasimi keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Vaşinqtonda təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Püşkatmadan əvvəl ölkələr 4 qrupa bölünüblər. İlk 3 səbətdəki yığmalar artıq məlumdur. 4-cü səbətdə İordaniya, Kabo-Verde, Qana, Kurasao, Haiti və Yeni Zelandiyadan başqa, pley-off mərhələsindən gələcək 6 komanda yer alacaq.
1-ci səbət: Kanada, Meksika, ABŞ, İspaniya, Argentina, Fransa, İngiltərə, Braziliya, Portuqaliya, Niderland, Belçika, Almaniya
2-ci səbət: Xorvatiya, Mərakeş, Kolumbiya, Uruqvay, İsveçrə, Yaponiya, Seneqal, İran, Cənubi Koreya, Ekvador, Avstriya, Avstraliya
3-cü səbət: Norveç, Panama, Misir, Əlcəzair, Şotlandiya, Paraqvay, Tunis, Kot d`İvuar, Özbəkistan, Qətər, Səudiyyə Ərəbistanı, Cənubi Afrika Respublikası
4-cü səbət: İordaniya, Kabo-Verde, Qana, Kurasao, Haiti, Yeni Zelandiya, pley-off mərhələsinin 6 qalibi
Qeyd edək ki, DÇ-2026 iyunun 11-dən iyulun 19-dək 48 milli komandanın iştirakı ilə keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [12:39]
Azərbaycanın idman gimnastı Parisdə bürünc medal qazanıb
- 28.09.2026 [12:26]
Arif Əsədov: Millimizin qrupda birinci olmaq üçün yaxşı şansı var
- 28.09.2026 [12:18]
“İnter” Hakan Çalhanoğlunun maaşında endirim istəyir
- 28.09.2026 [11:58]
Azərbaycan və Türkiyə şahmat sahəsində əməkdaşlığı genişləndirəcək
- 28.09.2026 [11:00]
UEFA Millətlər Liqası: Türkiyə bu gün İtaliyanı sınağa çəkəcək
- 28.09.2026 [10:37]
Yürgen Klopp Almaniya millisində antirekorda imza atıb
- 28.09.2026 [10:22]
ABŞ-dən olan basketbolçu Azərbaycan klubuna qayıdıb
- 28.09.2026 [10:21]