CƏMİYYƏT
Füzuli Musayev: Ulu Öndər idman sahəsinə hər zaman böyük diqqət göstərirdi

Bakı, 10 may, AZƏRTAC
Ulu öndər Heydər Əliyev hər bir sahəyə olduğu kimi, idmanın inkişafına da böyük diqqət göstərirdi. Ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra bütün idmançılar bu qayğını daha yaxından hiss edərək, arxalarında böyük bir gücün dayandığını gördülər.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Klubunun rəisi Füzuli Musayev deyib. F.Musayev qeyd edib ki, bu gün müstəqil Azərbaycanın idmançıları dünyanın bütün yarışlarında ölkəmizi təmsil edirlər. Hər bir idmançımızın qələbəsi Azərbaycanın dövlət himninin səsləndirilməsi deməkdir. Bütün bunlar göstərir ki, bu gün Azərbaycanda böyük inkişaf var. İdman sahəsində inkişaf göz qabağındadır və bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınır.